Əlaqə Arxiv
news Image
2013.07.16
12:54
| A A A
Bu gün Misirin müvəqqəti hökuməti and içəcək

Bu gün axşam Misirin müvəqqəti hökuməti and içəcək. Bu barədə Trend "əl-Ərəbiyə" telekanalına istinadən məlumat verir.


Ölkənin müdafiə naziri Abdel Fəttah Sisinin Baş nazirin müavini vəzifəsinə təyin olunacağı gözlənilir.


Telekanalın məlumatına görə, Misirin müvəqqəti Baş naziri Hazem Bablavi dörd nazir istisna olmaqla digər nazirlərin təyin olunması ilə bağlı yekun qərar verib. Hazırda yerdə qalan dörd nazir vəzifəsinə kimin təyin olunacağı gözlənilir.


Qeyd edək ki, iyulun 3-də Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb Prezident Məhəmməd Mursini devirdikdən sonra növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair söz veriblər.


Misir islamçıları bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.

Sizin Reklam Yeriniz