news Image
2012.05.13
11:39
| A A A
Ankarada Dünya Güney Azərbaycan Türklərinin I Forumu keçirilir
Ankara valiliyi tədbirin əvvəlcədən elan olunmuş ünvanda keçilməsinə icazə verməyib Ötən gün Ankarada keçirilməsi nəzərdə tutulan Dünya Güney Azərbaycan Türklərinin I Forumunun əvvəlcədən elan olunmuş ünvanda keçirilməsinə icazə verilməyib. 
Bunu APA-ya Forumun Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Kültür Dərnəyinin sədri Camal Məmmədxanoğlu deyib. 
O bildirib ki, forumun Ankaradakı "Sürməli" oteldə keçirilməsi üçün əvvəlcədən razılıq əldə edilsə də, ötən gün Ankara valiliyi tədbirin təxirə salınması tələbi ilə təşkilatçılara məktub göndərib. Valilik tədbirin keçirilməsinə icazə verilməməsini təhlükəsizliyin təşkil olunmasında ortaya çıxa biləcək problemlərlə əlaqələndirib. 
C. Məmmədxanoğlu deyib ki, bu məktubdan sonra tədbirin oteldə keçirilməsi mümkün olmayıb: "Lakin Dünya Güney Azərbaycan Türklərinin I Forumu təxirə salınmayıb. Biz hazırda forumun keçirilməsinə başlamışıq. Forumun işində 237 nəfər iştirak edir, artıq çıxışlar da başlayıb". 
C. Məmmədxanlı deyib ki, tədbir "Doğal Residans" oteldə keçirilir. O qeyd edib ki, tədbirdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Fərəc Quliyev, xalq artisti Flora Kərimova və başqa tanınmış şəxslər iştirak edirlər.
Təşkilatçının bildirdiyinə görə, forum bu gün işini başa çatdıracaq. 
O, forumun Güney Azərbaycan Milli Konseyinin yaradılması ideyasını müzakirə edəcəyini də bildirib. 
C. Məmmədxanoğlu qeyd edib ki, forum başa çatdıqdan sonra təşkilatçılar tədbirin keçirilməsinə icazə verməyən Ankara valiliyini məhkəmə verəcəklər. 
Ankaradakı "Sürməli" oteldən tədbirin ləğv edildiyi bildirilsə də, bunun səbəbi barədə açıqlama vermək istəməyiblər.
Ankara Polis İdarəsinin təhlükəsizlik bölməsindən isə APA-nın yerli bürosuna bildirilib ki, təşkilatçıların Ankara valiliyinə göndərdiyi məktub qaydalara uyğun olaraq, araşdırılması üçün onlara daxil olub: "Göstərilən vaxtda tədbirin təhlükəsizliyinin təmin olunmasının mümkünsüzlüyü nəzərə alınaraq, toplantının keçirilməsinə icazə verilməyib".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs