Əlaqə Arxiv
news Image
2020.05.23
08:40
| A A A
İslahatlar genişləndikcə, cəmiyyətin məmnunluğu artır
Həyatın bütün sahələri dəyişikliyə məruz qalaraq müasirləşir

 

Azərbaycan ictimai-siyasi həyatının hazırkı durumu sübut edir ki, daim dəyişilərək yenilənmək artıq cəmiyyətimizin inkişafında ana xəttə çevrilib. Hər bir halda aparılan islahatların xarakteri bunu göztərir. Prosesin mahiyyəti ondadır ki, dəyişiklikllər kosmetik mahiyyət daşımır və bütün ruhu ilə inkişafımızın sürətlənməsinə istiqamətlənib. Gündəlik hadisələri izləyəndə aydın olur ki, inkişafa mane olan şəxslər və pis vərdişlər birdəfəlik olaraq gündəmi tərk edirlər. Ağstafa və İmişli rayonlarına kənc kadrları təyin edən Prezident İlham Əliyev onlarla videoformatlı görüşündə yeni rəhbər işçilər qarşısında qoyulan vəzifələrdən danışıb: “Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir.

Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir.

Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

Dövlət başçısının bu fikirləri islahatların proqram məqsədini tam açıqlayır. Tarixi tədqiq edən alimlər bir mövqedən çıxış edərək bildirirlər ki, bir ölkəni məhv etmək üçün onun əhalisinin korrupsiya “virusuna” yoluxdurulması kifayətdir. Bu, özünüməhvetmə sindromuna qarşı bu cür güclü təzyiq vətədbirlərlə mübarizə aparılması sübut edir ki, dövlətin niyyəti xalqın və ölkənin gələcəyinin iflasdan qorunmasına, bugünkü həyatın daha da gözəlləşdirilməsinə, insanların bir-birində gözükölgəli olmasını aradan qaldırmaqla tam azad nəfəs almalarına şərait yaratmaqdan ibarətdir. İslahatların əhatəli, kompleks aparılması da onun sosial tələbat olduğunu təsdiqləyir. Fikir verin, icra başçıları-mədəniyyət üzrə səlahiyyətli işçilər-sərhəd mühafizə xidmətinin rəhbər işçiləri-prokurorlar-hakimlər-hüquq-mühafizə işçilərinin çalışdığı idarələr bir-birinin ardınca əliəyri kadrlardan təmizlənir. Bunların fonunda vicdanla xidmət etmiş kadrlar da “fəxri istirahətə”, təqaüdə göndərilir. Yəni, yenilənmə özünü tam doğrultmalıdır. Daha yeniliyi köhnəliyin güdazına vermək niyyəti yoxdur. Vəzifə yaşla deyil, qanunlarla, mənəvi dəyərlərlə, haqqın və ədalətin qorunması ilə yerinə yetirilməlidir. Prezident də öz nümayəndələrindən bunu tələb edir.

Xalq, bu islahatların hərəkətverici qüvvəsidir, desək, yanılmarıq. Məsələ burasındadır ki, vətəndaşları hərəkətə gətirən, fəallaşdıran məhz islahatların təşəbbüsçüsü və ona başçılıq edən dövlət başçısının özüdür. Respunlikada ictimai nəzarətin səviyyəsini yüksəltməklıə Prezident İlham Əliyev apardığı siyasətin mütəşəkkilliyinə, sosial tələbata çevrilməsinə və xalqın bu prosesdə fəal iştirakına nail olub.

“Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur” – deyə, prezident yeni kadrların gözləri qarşısında idarəetmənin yol xəritəsini çızır. Bu, əhalinin maraqlarına cavab verən, onların güzəranlarının yaxşılaşmasına aparan fəaliyyət tərzidir. Əməl olunacaqsa, yolumuz həmişə açıq olacaq. Əks təqdirdə, yeniləri də köhnələrin aqibəti gözləyir. Çünki bu proses inkişafı təmin edən islahatlardır, daha deklarativ kampaniya deyil.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz