Əlaqə Arxiv
news Image
2020.05.23
08:55
| A A A
Hamı özünü haqlı sayırsa, demək, ortada ədalətsizlik var
Gizli yığıncaqların sirləri açıldıqca, bəsirətsizliyi də aydın olur

 

Milli Şuranın lüzumsuzluğu haqda fikirlər getbikcə cəmiyyətdə geniş dayaq tapır. Ölkəmizin ictimai-siyasi mühitində onsuz da bərbad platforması ilə tanınan bu qurum bahar çağında son payıza qədəm qoyub. Adı siyasi, özü isə demaqogiyadan ibarət olan təşkilatıb dağılması labüddür. İndi açılan gizli söhbətlərdən məlum olur ki, bu “gey” söhbəti bir müddət imiş ki, şura üzvlərinin əsas müzakirə mövzusu imiş. Səbəbi haqda nə isə demək mümkün deyil, ancaq ehtimal etmək olar ki, müzakirəyə qatılanların əksəriyyətinin xoşuna gəlirmiş. Çünki yaman canı-dildən fikir bildirirmişlər.

Məlum qovğalardan sonra Eldəniz Quliyevin istefa verməsi və ondan sonra daha iki nəfərin təşkilatdan uzaqlaşması gözlənilən olmaqla yanaşı təşkilatın sədri Cəmil Həsənlini dərdə salıb.

Məlum, məsələdir ki, onu narahat edən istefaçılar yox, Qərbdəki ağalarının münasibətidir. Təsadüfi deyil ki, E.Quliyev bu haqda danışarkən “amerikalılar Cəmil Həsənlini fırladırlar” ifadəsini işlədib. 7 il bir qurumun üzvü olan və iki sədrlə işləyən bir şəxs kimi o, şübhəsiz ki, şura üzvlərini daha yaxından tanıyır və əsil simalarını görə bilir. “Geylər və Azərbaycanda siyasət”. Necə mövzudur?

Bu mövzu ilə Azərbaycanda hakimiyyətə gəlmək olarmı? Gülməli səslənir. Yox, söhbət geyləri lağa qoymaq və ya təhqir etməkdən getmir. Əsas məsələ daim kişilikdən, mərdlikdən danışan, “aslanın dişçisi ilə erkəyinə” fərq qoymayan xalqımızın dünyagörüşündə, cəmiyyətimizin malik olduğu əxlaqi-mənəvi dəyərlərin mahiyyətindədir. Biz geylərin və ya transların yanından sakitcə ötüb keçə bilərik. Hər kəsin öz şəxsiyyəti, yaşam tərzi, həyati məqsədi var. Amma onları başa çıxardıb, platformalarına tabe olmaq, bağışlayın, heç ən liberal qərb cəmiyyətlərində də bu yolu qəbul etmirlər. Di gəl ki, Milli Şuranın xətti ilə bir müddətdir ki, cəmiyyət geyləri əsas müzakirə mövzusuna çevirib. Nədəndir bu canfəşanlıq? İpin ucu yenə gedib çıxır okeanın o tayındakı liberal dəyərlər üstündə siyasət yeridənlərin dərgahına. O yerə ki, Cəmili məhz oradan fırladırlar. Bu da fırlana-fırlana başlayır gicəllənən başla fikir yürütməyə ki, axırı da gəlib çıxır məlum müzakirələrə.

Və şura sədrinin geylərinin hüquqalrını müdafiə edən özbaşına bəyanatlar da başlayır mətbuatı doldurmağa. E. Quliyev mətbuata müsahibəsində deyir ki, sədr olmağına baxmayaraq C.Həsənlinin təkbaşına şura adından bəyanat vermək hüququ yoxdur. Amma həmişə hüquqdan dəm vuran “alim” və onun yönləndirənləri hüquq yox, yürütdükləri siyasət maraqlandırır.

Qərblə oturub-duran və vaxtilə neft alverini siyasi alverə dəyişən Rəsul Quliyev də məsələyə münasibət bildirib və özünəməxsus tərzdə Cəmil Həsənlinin qiymətinin nədən ibarət olduğunu açıqlayıb: “Bu adam birdən-birə sifətini bozardıb hökümətin bir daha qanunları pozduğunu, Milli Şuranın “gizli iclasının” videosunun publik efirə çıxarmasını cinayət adlandırdı. Birincisi bu yazıq adam ətrafından soruşsaydı, orada iştirak edənlərin hər biri “biz iclasın birbaşa efirə getdiyini bilirdik və bunu Qənimət Zahid də qeyd etmişdir” cavabını almış olardı. Məsələnin ikinci tərəfinə gəldikdə isə: Ey öz-özünü xəyalında müxtəlif vəzifələr sahibi, “görkəmli tarixçi professor” sayan şəxs, siz kimin-kiminlə hansı intim münasibətlə yaşadığını müzakirə etmək üçün qapalı iclas keçirirdiniz? “Ana müxalifətin” işi budurmu?”

ABŞ yaşayan Rəsul Quliyev, ehtimal ki, soydaşı Cəmil Həsənli ilə görüşür və onun xəmirinin necə qatıldığından xəbərdardır. Görünür elə buna görə də hökmlə deyir: “Digər tərəfdən Real və ya Müsavat Partiyalarının hansınınsa pulla, hansınınsa pulsuz hökümətə satıldığını elan etmək qapalı iclasın mövzusu olubsa, vay bu xalqın halına ki, sizin kimi övladları vardır! Leninin həyat yolu leksiyalarını oxuyan, Sovet İttifaqının ABŞ-dan üstünlüyü barədə əsər yazan, sonralar M.C.Bağırovu qəhrəman edən, soyuq müharibənin Təbrizdən başladığnı (xəstə ağlın məhsuludur) “sübut edən” şəxsdən bu yazıdan başqa nə gözləmək olardı?! Təbii ki, heç nə!”.

Hə, elə cəmiyyətimiz də Cəmil Həsənlinin sədr olduğu Milli Şuradan heç nə gözləmir. Xalqın nə isə gözləmədiyi qurum nə qədər gec deyil, özü öz fatihəsinin oxuyub dağılışsa yaxşıdır, yoxsa didişə-didişə özlərini biabır edəcəklər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz