Əlaqə Arxiv
news Image
2020.05.31
12:40
| A A A
ABŞ çörəyi yeyən hardadır? - Siyavuş Novruzov

Vaxtilə xaricdə oturub Azərbaycan əleyhinə iş aparanlarla bağlı fikirlərimizi səsləndirəndə səs-küy yaradır, söz azadlığının pozulması məsələsini gündəmə gətirirdilər. Əslində Azərbaycanda silahlı üsyana çağırış edənlər, terrorizmə dəstək verənlər, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil etməsini tərifləyənlər, o cür insanları qəhrəman sayanlar terrorizmə, dini ekstremizmə birbaşa çağırış edirdilər.

Mövqe.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib.

O əlavə edib ki, bu kimi fəaliyyət bütün beynəlxalq normalarda cinayət hesab olunur:

“Çox təəssüf ki, Azərbaycan bu məsələləri gündəmə gətirəndə başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur. 20 ildən çoxdur ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman ərazi bütövlüyünün önəmi ilə bağlı məsələ qaldırıblar. Lakin İspaniyada hadisələr baş verənə qədər heç kim ərazi bütövlüyü məsələsinə reaksiya vermirdi. Ondan sonra yadda düşdü ki, ərazi bütövlüyü əsas şərtdir. Biz 3 il bundan qabaq məsələ qaldıranda ki, internetdən anonim şəkildə istifadə öz həllini tapmalıdır, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlərini söyləmək mümkündür, o zaman internetin sıxışdırılması ilə bağlı fikirləri irəli sürməyə başladılar. “Fridoom Hous”, SOROS və digərləri hanı? Trampa qarşı niyə söz deyə bilmirlər? ABŞ çörəyi yeyən Cəmil Həsənli, Arif Yunus, Sevinc Osmanqızı haradadır? Əgər Azərbaycanda internetlə bağlı hər hansı məsələ olsa idi, indi səsləri Avropa Şurasından gəlirdi”.

Sizin Reklam Yeriniz