Əlaqə Arxiv
news Image
2020.05.31
14:53
| A A A
Saxta profillərə qarşı qanun... – Deputat

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin tənzimlənməsi haqda qərar verib. Saxta profillərin, yalan məlumatların qarşısının alınması, şərəf və ləyaqətin qorunması qanunda öz əksini tapıb.

Mövqe.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Cavid Osmanov deyib. O, Trampın məlum qərarının bütün ölkələr tərəfindən müsbət qarşılandığını bildirib:

“Hesab edirəm ki, bizdə də belə qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu, təhlükəsizliyimizə tam uyğundur. Belə bir qanunun qəbulu dövlətçiliyimizə və müstəqilliyimizə qarşı olan saxta profillərı sıradan çıxarardı”.

Deputat bildirib ki, Milli Məclis gələcəkdə belə qanun qəbul edərsə, bu, töhfə olar.

Sizin Reklam Yeriniz