Əlaqə Arxiv
news Image
2020.05.31
15:41
| A A A
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mövqe.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".

Sizin Reklam Yeriniz