Əlaqə Arxiv
news Image
2020.06.02
17:53
| A A A
Ermənistanda bazarın bağlanmasına etiraz olaraq aksiyası keçirilir
Ermənistanda "Meymandar" kənd təsərrüfatı mallarının topdan satışı bazarının bağlanmasına etraz olaraq aksiya keçirilir. "Report" "Aysor"a istinadən xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub. Bazarı boşaltmaq üçün tacirlərə 24 saat vaxt verilib. Tacirlər bazardakı maşınların hər birində milyonlarla dramlıq məhsul olduğunu bildirirlər. Polis antisanitariyanın hökm sürüdüyünü əsas gətirərək bazarı bağlamaq istəyir. Tacirlər ərazinin gündə bir neçə dəfə dezinfeksiya olunduğunu bildiriblər: "Bu səbəbdən də bazar bağlanmayacaq, vəssalam".
Sizin Reklam Yeriniz