Əlaqə Arxiv
news Image
2020.06.03
09:54
| A A A
Xalq iqtidar ətrafında daha sıx birləşir
Vüqar Rəhimzadə: “Azərbaycan xalqının iqtidar ətrafında getdikcə daha sıx birləşməsi səbəbinin kökündə hakimiyyətin xalqın etimadını doğrultması, onun istəyini reallaşdırması dayanır”

 

Azərbaycanda xalq iqtidar ətrafında getdikcə daha sıx birlik nümayiş etdirir. Bunu son dövrlər Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan çoxsaylı təşəkkür məktublarından aydın şəkildə görmək olar.

Bu məktublarda insanlar Prezidentin dövlətimiz və xalqımız qarşısında gördüyü işləri yüksək qiymətləndirərək, ona minnətdarlığını ifadə edirlər. Azərbaycan hazırkı iqtidarın hakimiyyəti dövründə olduqca mühüm nailiyyətlər əldə edib. Bütün sahələr üzrə Azərbaycanda yüksək inkişaf gedir. İnsanlarımızın həyat səviyyəsi daim yüksəlir. Azərbaycan hökumətinin yürütdüyü doğru və düzgün siyasətin nəticəsidir ki, ölkəmiz dünya miqyasında da böyük nüfuz sahibidir. Dünya gücləri indi öz siyasətlərində Azərbaycanla əlaqələrə xüsusi önəm verir, ölkəmizə strateji tərəfdaş kimi baxırlar. Bir çox ölkələrdən fərqli olaraq, bəşəriyyəti təhlükə altına alan koronavirus pandemiyası da məhz Azərbaycan hökumətinin atdığı ardıcıl, qabaqlayıcı addımlar sayəsində ölkəmizdə geniş müstəvidə yayılmayıb. Görünən odur ki, xalq iqtidar birliyi daha möhtəşəm xarakter alır.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycan iqtidarı xalqın bütün istək və arzularını yüksək səviyyədə həyata keçirməyə qadir olduğundan, məhz onun mənafeyi uğrunda çalışdığından xalq-iqtidar birliyi daha da güclənir: “Azərbaycan xalqının iqtidar ətrafında getdikcə daha sıx birləşməsi səbəbinin kökündə hakimiyyətin xalqın etimadını doğrultması, onun istəyini reallaşdırması dayanır. Xalqın onun arzusunu həyata keçirən, onu reallaşdıran, bütövlükdə cəmiyyətin istək və arzularını birmənalı şəkildə həyata keçirən rəhbərə inamı, etibarı, etimadı daim böyük olur. Bu baxımdan düşünürəm ki, Azərbaycan xalqının daha yaxşı və firavan həyat şəraitində yaşaması, bütövlükdə əhalinin güzəranının yüksəlməsi, beynəlxalq arenada, dünya miqyasında  dövlətimizin mənafeyinin qorunması fonunda ölkəmizin  təsir və nüfuzunun güclənməsi vətəndaşlarımızda məmnunluq doğurub.  Belədə vətəndaşlarımız arasında ölkə rəhbərinə olan etimad daha da artır. Bu mənada Azərbaycan Prezidenti 2003-cü ildə dövlət başçısı postuna seçildiyi ilk dövrdə verdiyi sözü doğruldub, bunu öz əməli işilə təsdiqləyib.

Bütün bunların nəticəsidir ki, Azərbaycan vətəndaşları da iqtidara dəstək olur, onun siyasətini bəyənir. Məhz iqtidar xalqın arzu və istəyini reallaşdırandaəhali də həmin hakimiyyətin arxasınca gedir. Xalq iqtidar birliyinin güclənməsi bu mənada əhalinin hakimiyyət  tərəfindən onun rifahı naminə gördüyü işlərə verdiyi qiymət və baxışıdır. Azərbaycan xalqı dövlətin və Prezidentin həyata keçirdiyi işləri, görülən tədbirləti dəstəkləyir və bu mənada həmin dəstək xalqın etimadının bir daha yenidən doğruldulmasına şərait yaradır. Xalq və iqtidar vəhdəti, birliyi aparılan hazırkı siyasətin ana xəttini təşkil edir”.

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan dövləti və xalqın mənafeyi əleyhinə çıxış edən dağıdıcı qüvvələrin bu Vətənin vətəndaşı olmağa haqları çatmır: “Xalqın, dövlətin, Azərbaycanın əleyhinə çıxış edən, düşmənçilik mövqeyi nümayiş etdirən daxildəki sapı özümüzdən olan baltaların bu Vətənin vətəndaşlığını daşımağa haqları yoxdur. Ölkə vətəndaşının başlıca məqsədi, məramı dövlətin inkişafına öz əməli işilə yardım etmək, töhfə verməkdən ibarətdir. Təəssüf ki, bəzi insanlarımız xaricdəki anti-Azərbaycan qüvvələrinin əlində alətə çevrilərək, onların çaldığı havaya oynayırlar. Xaricdə oturub Azərbaycana, dövlətçiliyimizə, cəmiyyətimizə qarşı iş aparanlar, iqtidarın xalqın rifahı yolunda gördüyü möhtəşəm işlərə qara ayxmaqla məşğul olan insanlar anti-Azərbaycan qüvvələri, ermənilər və erməni lobbisinin əlində bir alət rolunu oynayır. Azərbaycanın mənafeyini qorumaq əvəzinə, dövlətin maraqlarına qarşı çıxan bu insanların Vətənimizin vətəndaşı adını daşımağa haqqı yoxdur. Dövlətin mənafeyinə qarşı çıxan, xalqın rifahına yönəlik siyasətə ləkə yaxanlar satılmışlar, xəyanətkarlardır”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz