Əlaqə Arxiv
news Image
2020.06.03
23:16
| A A A
Prezidentə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Mövqe.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın daha da genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

X X X

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Mövqe.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

İcazə verin Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırım.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Sizin Reklam Yeriniz