Əlaqə Arxiv
news Image
2020.06.04
09:00
| A A A
Sərhədimizdə təxribat hazırlığı - DSX-dan sərt reaksiya

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mövqe.az-a verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

Sizin Reklam Yeriniz