Əlaqə Arxiv
news Image
2020.06.04
08:55
| A A A
Ermənistan bu dəfə Gürcüstanın Axalkalaki rayonuna göz dikdi
Mənfurların saxtakarlıqlarından “dad döyən” xalqlar və alimlər çoxalır

 

Qafqazın Rostov-Don xəttinə və Voronejə qədərki ərazilərinin, Gürcüstanın Axalkalaki, Acarıstan, Kvemo-Kartli rayonlarının, Qarabağ və Naxçıvan da daxil olmaqla bütün Azərbaycan Respublikası ərazisinin, Türkiyənin Şərqi Anadolu vilayətlərinin və İran İslam Respublikasının tərkibindəki Qərbi Azərbaycan və Şərqi Azərbaycan ostanlıqlarının Urmiya gölünə qədərki ərazilərinin ələ keçirilməsini "milli vəzifə" elan edən ermənilərin xəyalları qurtarmır. Bu gün Cənubi Qafqazda Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadan sonra ən real milli problemin yaşana biləcəyi və yaşandığı bölgə Gürcüstanın Samtsxe-Cavaxetiya regionudur. Maraqlıdır ki, sadaladığımız bu 4 münaqişə ocağından Cənubi Osetiya istisna olmaqla digər üçünün yaranmasında erməni milliyətçiliyi birbaşa və ya dolayı yolla iştirak etmiş və etməkdədir.

Samtsxe-Cavaxetiya Gürcüstanın cənubunda yerləşir. Bölgə cənubdan Türkiyə və Ermənistanla, qərbdən Acarıstan Muxtar Respublikası ilə, şimal-qərbdən Quriya, şimaldan İmeretiya, şimal-şərqdən Şida-Kartli, şərqdən isə Kvemo-Kartli bölgəsi ilə həmsərhəddir. Regionun ərazisi 6412,9 kvadratkilometrdir. Tarixən iki hissədən ibarət olan Samtsxe-Cavaxetiya regionunun qərb hissəsini gürcülər Mesxetiya, türklər isə Ahıska adlandırmışlar. Bölgənin qərb hissəsini isə gürcülər Cavaxeti, ermənilər isə Cavaxk adlandırırlar. Gürcüstanın müasir inzibati ərazi bölgüsünə görə Samtsxe-Cavaxetiya bölgəsinin tərkibində altı inzibati rayon yerləşir: Adiqen, Aspindza, Borjomi, Axalsıx, Axalkalaki və Ninotsminda (keçmiş Boqdanov rayonu). Samtsxe-Cavaxetiyanın Borjomi rayonu istisna olmaqla qalan beş rayonunun hamısı Türkiyə ilə həmsərhəddir.

Bir neçə gün əvvəl Ermənistan mediası Gürcüstanın Axalkalaki bölgəsinin Balxo kəndində iki yeniyetmə tərəfindən bir “xaçkar”ın necə tapıldığı barədə xəbəri incəliklə yayb. Guya kənd qızları gəzinti vaxtı birdən bu ənənəvi nişanını tapıblar və nişan bu ərazidə ermənilərin tarixi varlığını təsdiqləyir. Erməni “mütəxəssis”lərin rəyinə görə tapıntının artıq “ilk baxışdan” 7-8 əsrə aid olması diqqəti cəlb edir. Bu xəbərin arxasınca düşəndə isə məlum olur ki, Ermənistan Gürcüstandakı 450-yə yaxın kilsənin Erməni Apostol Kilsəsinə məxsus olmasının tanınması tələbi ilə UNESCO-ya müraciət edib. “Gözəl” təsadüfdür, deyilmi?!

Azərbaycanın Gürcüstandakı keçmiş səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev mətbuata açıqlamasında ermənilərin bu cür addımlarının gürcü tərəfi üçün yaratdığı problemlər barədə deyib: “Bu yaxınlarda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu il üçün yaydığı hesabat Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərini kənardan pozmaq cəhdləri ilə yanaşı, Ermənistanın Gürcüstan tərəfindən "hibrid işğalı" prosesinə xüsusi diqqət yetirilib. Bu işğal bir neçə istiqamətdə aparılır. Birincisi, ərazinin məskunlaşması, inkişafıdır. Bu proses, məlum olduğu kimi, 200 il əvvəl başlamış və təxminən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə paralel aparılmışdır. Daimi davam edir. 1960-70-ci illərdə, həmçinin Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstandakı bir çox ermənilər soyadlarını gürcü dilinə dəyişdilər.

Bu, Gürcüstan əhalisinin artımının azaldığı dövrdə köçürülmüş ermənilərin əsl sayını gizlətmək üçün lazım idi. Digər bir istiqamət, digər xalqların İrəvan xanlığı (indiki Ermənistan Respublikası) ərazisində, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş vermiş olduğu ərazilərdən çıxmasıdır.

Gürcüstandakı ərazi münaqişələri zamanı Abxaziyadakı ermənilər gürcülərin etnik təmizlənməsini həyata keçirdilər. Belə ki, 1992-93-cü illərdə Suxumidə Gürcüstanın Abxaziya əhalisinin ən qanlı etnik təmizlənməsi baş verdi, nəticədə minlərlə gürcü dinc sakin öldürüldü, yüz minlərlə insan qaçqın oldu və hələ də evlərinə qayıda bilmir, atalarının məzarlarını ziyarət edə bilmir. Ermənilər gürcülərin evlərini bir-bir yox, onlarla evləri, mənzilləri  bütün əmlakları ilə ələ keçirdilər.

Gürcüstanda açılan cinayət işinin materiallarına əsasən yazılmış kitabda marşal Baqramyanın adını daşıyan batalyonun törətdiyi vəhşiliklər aydın təsvir olıunub”.

Ermənilərin gürcü kilsələrinə iddiaları təzə məsələ deyil. Hələ 1968-ci ildə Paruyr Muradyan ad-soyadlı professor “Ermənistan SSR Elmlər Akademiyasının İctimai Elmlər bülletenində” “Jvari məbədinin erməni yazısı” adlı məqalə dərc etdirib. Halbuki məbəd gürcü tarixi və mədəniyyətinin qürurudur. 1995-ci ildə İrəvandakı “Erməni Memarlıq Tədqiqatları Mərkəzi”nin direktoru Samvel Karapetyan “Gürcüstanda erməni kilsələri” kitabını erməni dilində nəşr etdirir və kitabda Gürcüstanın 40 bölgəsində 653 “erməni” kilsəsini kəşf edən istinad xəritəsini verir! Kitaba əlavə edilmiş siyahıda onların sayı isə 638 göstərilib. Bu “professor” 2000-ci ildə saxtalaşdırmanın “şah əsəri” olan “Gürcüstan siyasəti və erməni mədəniyyət abidələri” kitabını danəşr etdirir. Kitabda Patriarx II İlya və Şeyxülislam Allahşükür Paşazadənin simasında təmsil olunan Azərbaycan və gürcü xalqları “mədəniyyətin məhv edənlər” qismində təqdim olunur. 2009-cu ildə adıçəkilən Paruyr Muradyan 500 səhifəlik “Köhnə Tiflisdəki erməni kilsələri” kitabını nəşr etdirdi.

Bu erməni hücumlarına layiqli cavab gürcü alimi Bondo Arveladzenin çoxsaylı nəşrlərində verilir.

Ancaq erməni həyasızlığına söykənən saxtakarlığın qarşısını bununla almaq mümkün deyil.

Gürcülər də, biz də ermənilərin saxtakarlıqlarına yaxşı bələdik. Yaxşı olardı ki, bu cür vandalçılara qarşı mübarizədə azərbaycanlı və gürcü alimlər hər hansı bir elmi-ictimai tədqiqat aparan təşkilatda birləşsinlər. Əminəm ki, türklər başda olmaqla digər ölkələrdən də bir çox alimlər bu birliyə dəstək verəcəklər. Çünki ermənilərin saxtakarlıqlarından “dad döyən” xalqlar və alimlər çoxdur.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz