Dağlıq Qarabağ konflikti Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən hələ də həll olunmamış qalır. Münaqişənin həlli üzrə çalışan ATƏT-in Minsk qrupu və buradakı üç həmsədr ölkə atəşkəs rejimindən üzü bəri dəfələrlə bölgəyə səfərlər edib. Hətta həllə bağlı yenilənmiş "Madrid prinsipləri" də ortalıqdadır. Lakin İrəvan bu prinsipləri hələ də qəbul etmir. Bu səbəbdən münaqişənin həllində dəyişiklik etmək, Ermənistanı konstrkutivliyə məcbur etmək üçün yeni vasitəçiyə ehtiyac duyulur.
Bildiyimiz kimi Minsk qrupunda 11 ölkə təmsil olunur ki, onlardan biri də Türkiyədir. RəsmiAnkara da bir neçədəfəmünaqişənin çözülməsilə bağlıtəkliflərləçıxış edib. AmmaErmənistan hər dəfəAnkaranın təkliflərinəmənfiyanaşıb. Problemin həllindəTürkiyənin vasitəçilik missiyasının böyük önəm daşımasına baxmayaraq, İrəvan onu yaxına beləburaxmaq istəmir. Bütün bunların fonunda bölgədövləti və Minsk qruputəmsilçilərindən biri olaraq heç şübhəsiz Ankara da vasitəçilik prosesinəqatılmalıdır. Məsələ Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycaan səfərindən sonra yenidən aktuallaşıb. Qeyd edək ki, türkiyəli nazir azərbaycanlı həmkarı ilə görüşdə görüşdə Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu söyləyib. Ermənistan Milli Məclisi sədrinin müavini Eduard Şarmazanov Əhməd Davudoğlunun Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərinə münasibət bildirib. E.Şarmazanov bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə qarışmamalıdır: "Əgər Türkiyə Qarabağ-Azərbaycan probleminin təcili həll olunması ilə maraqlanırsa, sadəcə bir addım atmalı, bu məsələyə qarışmamalı və müdaxilə etməməlidir". Ermənistanın bu narahatlığı göstərir ki, Türkiyənin münaqişənin həllinə cəlb olunması ehtimalı var. Görəsən, Türkiyənin konfliktin həlli yolunda vasitəçilik missiyasıhansıformada gerçəkləşəbilər?
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev Türkiyənin hər hansı bir formada vasitəçilik missiyasını Ermənistanın müsbət cavablandıracağına inanmır: "İndiyə kimi Türkiyənin Dağlıq Qarabağ probleminin həllilə bağlı təklifləri çox olub. Hələ neçə il öncə bunu baş nazir rəcəb Tayyib Ərdoğanın dilindən də eşitmişik. Ondan sonrakı dövrdə, yəni yaxın zamanlarda Türkiyədən bu istiqamətdə daha bir təklif gəldi. Bu da daha çox regional iqtisadi inteqrasiya ilə bağlı məsələ idi. Lakin Ermənistan tərəfi ona da kar olaraq əhəmiyyət vermədi. Çünki bu istiqamətdə səslənən bütün təkliflərə ermənilərin müstəqil olaraq pozitiv münasibət bildirməyə cürətləri olmazdı. Çünki ermənilər bunu razılaşdırmalı idilər. Türkiyə həmişə çalışıb ki, hansısa formalarda konfliktin həlli istiqamətində vasitəçilik prosesinə öz töhfəsini verə bilsin. Türkiyənin prosesə bu və ya digər müdaxiləsinin yalnız regionda normal şəraitin yaradılmasına xidmət edəcəyilə bağlı onlar çox əsaslandırılmış bir mövqe ortaya qoydu. Amma Ermənistan tərəfi yenə də bu təkliflərə əhəmiyyət vermədi. Türkiyə də ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Burada məlum 3 dövlətdən başqa Türkiyə də olmaqla daha 8 ölkə təmsil olunur. Bir neçə müddət bundan qabaq Türkiyədə Azərbaycan siyasətinin təmsilçiləri tərəfindən təklif səsləndi ki, Minsk konfransı formatı daha geniş formada hərəkətə gəlsin. Lakin erməni mətbuatı və rəsmiləri həmin təklifə də dərhal qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Bu günlərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıda olanda da konfliktin həlli istiqamətində bir sıra mesajlar verdi. Buna da erməni tərəfi dərhal illərlə sərgilədikləri mənfi reaksiyasını bildirdi. Türkiyə problemin həllinə töhfə vermək istiqamətində əlbəttə ki, çalışır. Amma məsələ ondadır ki, erməni tərəfinin münasib hesab etdiyi üçlük formatı var və onlar bundan bir addım o tərəf, bu tərəfə getmək istəmir. Çünki üçlük formatında verilən açıqlamalar, göstərilən münasibət Ermənistana tamamilə sərf edir. Bu münasibətin mənası isə odur ki, münaqişə ətrafında hər şey necə var elə də qalsın, erməni işğalçı ordusu Azərbaycan torpaqlarında qalmaqda davam etsin, problem həll olunmasın. Amma dünya ictimaiyyətinə bildirilsin ki, prosesin tənzimlənməsi istiqamətində hansısa cəhdlər olur, görüşlər keçirilir və ya planlaşdırılır. Azərbaycan tərəfi isə ciddi şəkildə səy göstərir ki, status-kvo dəyişsin. Yəni hər hansı bir reaksiya, istəyir şərqdən, qərbdən, istəyir konkret ölkələrdən olsun, bu reaksiyalar həm də Azərbaycan tərəfinin mövqeyilə bağlıdır. Türkiyədən göstərilən mövqe də bununla bağlıdır. Türkiyənin hər hansı bir formada konfliktin həllində vasitəçilik təkliflərinin Ermənistan tərəfindən normal qarşılanacağına inanmıram. Problem Ermənistanın yalnız tamamilə, xaos, iflasa uğramassı, yaxud da mövqeyində hansısa dəyişiklik etməsi üçün İrəvana təzyiq edə bilən hər hansı bir vasitəçi dövlətin ortaya çıxması halında çözülə bilər. Hər iki halın baş verməsini hələlik gözləmək mümkün deyil. Ermənistan xaosa və iflasa doğru gedir, amma dağılmır. Ona görə ki, Ermənistanı ayaq üstə saxlayan dövlətlər var. Ermənistana təzyiq edə biləcək dövlətlər də bunu etmir. Dövlət mənafeləri buna imkan vermir. Yenə də yüksək səviyyədə görüşlərin olması ətrafında söhbətlər gəzir. Amma həll istiqamətində hansısa dəyişikliklər olmasa, həmin görüşlər də əvvəlki kimi olacaq".