news Image
2012.05.14
10:36
| A A A
Homoseksual evliliyə veto

Movqe.Az "Euronews"a istinadən bildirir ki,  prezidentliyə namizəd olan Romney homoseksual nigaha qarşı öz fikrini bildirib.

Prezident seçkilərində Obamaya rəqib olacaq Respublikaçı Mitt Romney Virginiyada qatıldığı bir universitetin məzuniyyət mərasimində homoseksual evliliklərə qarşı olduğunu təkrarlayıb:

"Mədəniyyət nəyə inandığımızı, nəyə dəyər verdiyimizi, necə yaşadığımızı ehtiva edər.

Bunun kimi təməl qanunlar vaxtaşırı demokratik müzakirələrin mövzusu ola bilər. Bu gün də evlilik məsələsi ilə əlaqədar müzakirələr var. Evlilik, bir kişi və bir qadın arasında olan bir əlaqədir."

Obama  isə  geriyə dönüşün mümkün olmayacağını bildirib:

"Saatı geri çəkə bilmərik. Sevdiyin və yaxud birlikdə olduğun insana görə ABŞ ordusundan atılan günlərə geri qayıtmırıq. Bu ölkəni daha irəliyə aparırıq."

Obamanın bu sözləri homoseksual evliliyin qadağan oldunduğu əyalətlərdəki vəziyyəti dəyişdirmir. ABŞ-da  31 əyalətdə bu cür evlilikləri qadağan edən qanunlar var.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs