news Image
2012.05.14
10:46
| A A A
Casus qalmaqalı

Movqe.az xəbər verir ki, Rusiyanın Sverlodsk bölgəsində yerləşən müdafiə sənayesində işləyən məsul işçilərdən birinin "Bulava" strateji nüvə mərmisi ilə əlaqədar vacib məlumatları kəşfiyyata sığdırdığı iddia edilib. Hadisə ilə bağlı nəzarət altına alınan və adı hələ də açıqlanmayan şəxsin işinə Yekaterinburq Region Məhkəməsində baxılacaq.

Xatırladaq ki, "Bulava" mərmiləri 2010-2011 –ci illərdə edilən təcrübələrdən sonra Rusiya Müdafiə Nazirliyinin öhdəsinə verilmişdi. Lakin sözügüdən 13 atış sınağının yarısından çoxu uğursuzluqla nəticələnmişdi. Bu səbəbdən mərmiləri hazırlayan MoskvaTexnologiya İnstitutu Başçısı Yuri Solomonov vəzifəsindən azad edilmişdi .  Qitələrarası "Bulava" nüvə raketləri  Rusiyanın strateji gücünün əsasını təşkil edir.

Bulavalar 10 ədəd nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.