Əlaqə Arxiv
news Image
2020.06.29
11:38
| A A A
Maska taxmayanlar 400 manat cərimə ediləcək - Qanun

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Mövqe.az xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.

Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, ölkə üzrə karantin rejimi 1 avqusta qədər uzadılıb. Buna qədər isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilirdi.

Qanun layihəsini şərh edən spiker Sahibə Qafarova bildirib ki, son vaxtlar koronavirusa yoluxanların sayı artıb:

“Bunun səbəbi karantin rejiminin qaydalarına əməl etməməkdir. Ona görə də bu qanunda cərimə sanksiyalarının artırılması nəzərdə tutulub”.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sizin Reklam Yeriniz