Əlaqə Arxiv
news Image
2020.06.30
10:07
| A A A
Rusiya ermənilərinin də ideologiyası faşizm və rasizmdir
Qaregin Njdenin ideya ardıcılları insanlığa nifrətlə böyüyürlər

 

"Ermənilik" faşizmin astar üzüdür. Artıq bu, təsdiq olunmuş dəhşətli faktdır. Bu gün Rusiya cəmiyyəti fəlakətli şəkildə erməniliyin hücumuna məruz qalır. Necə ki, ötən əsrin 20-ci ilindən əvvəl Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması üçün Azərbaycan tarixində ermənilərin rolu süni şəkildə təsbit edilirdi, indi də eyni proses Rusiyada geniş şəkildə aparılır. Həm də nəyin əsasında? Faşist Qaregin Njdenin idealogiyası əsasında.

Keçən il Rusiyanın Armavir şəhərində erməni faşist Qaregin Njdenin xatirə lövhəsi rus cəmiyyəti tərəfindən etirazla qarşılanıb götürüldükdən sonra Rusiyanın erməni lobbisi elə bilirsiniz ki, dinc oturdu? Yox, əksinə, erməniliyin təbliğatı bu ölkədə daha da gücləndi. Njdenin bir xatirə lövhəsinin əvəzinə erməni diasporu və lobbisi Rusiyanın bütün ərazisində erməni şəxslərin onlarla abidəsi yaradılmağa başlandı. Məsələn, erməni icmasının nümayəndələri paytaxt Moskvada şəhərin keçmiş baş arxitektoru Karo Alabyanın xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü iləçıxış etdilər. Moskvalılar isə bunu qəbul etmək istəmədilər və abidənin əleyhinə çıxış etdilər. Ermənilik dərhal özünü göstərdi.

İcma imza toplamağa başladı və paytaxt rəsmilərinin köməyi ilə Karonun xatirəsinin əbədiləşdirilməsi üçün qərarın verilməsinə nail oldular. Tezliklə Moskvada onun abidəsi ucaldılacaq. Bu işdə Ermənistan səfirliyi və erməni lobbisi əsas rolu oynadılar. Moskva şəhər dumasının deputatları dördüncü oxunuşda təşəbbüsü dəstəklədilər.

Bundan başqa tezliklə Moskvada fəaliyyəti şübhə doğuran erməni kəşfiyyatçı Gevork Vardanyana da  heykəl qoyulacaq. Belə söhbət var ki, o, ikili agent olub, həm də Böyük Briyaniyan gizli xidmətinə casısluq edib. Onun xatirəsinin əbədiləşdirilməsi hələ ki, müzakirə olunur, amma xəbər var ki, şəhər hakimiyyəti bu təklifə müsbət yanaşır. Hələ Şarl Aznavur da növbədədir. MŞD-ı onun abidəsinin harada qoyulması barədə şəhər ictimaiyyəti arasında sorğu keçirir. Erməni abidələrinin qoyulmasına Cvaxetiya adlanan diasporun "prezidenti" Ağası Ərəbyan mühüm rol oynayır. Onun dediyinə görə, Aznavurun abidəsi əvvəllər Dmitri Xvorostov üçün nəzərdə tutulmuş yerdə ucaldılacaq. Çünki, ermənilər belə istəyirlər. Bu da onu göstərir ki, ermənilər həyasızcasına Rusiyada erməniləşmə siyasətini uğurla həyata keçirirlər. Bu yaxınlarda isə erməniliyin tüğyan etdiyi Krım yarımadasındakı Simferopol şəhərində BVM qəhrəmanı Aşot Amatuniyə heykəl ucaldılıb. Bu şəhərdə də ermənilərin sayı Soçi və Adlerdəkindən az deyil.

Bax, belə, ruslar Njdenin bir xatirə lövhəsini götürdülər, əvəzində isə ermənilər müxtəlif şəhərlərdə onlarla erməninin abidəsi ucaltmağa başladılar. Həmin dövrdə isə İrəvanda rusların Puşkin və Qriboyedova ucaltdıqları abidələri təhqir edirlər.

Abidələrlə yanaşı erməniliyin rus cəmiyyətinə mənəvi-psixoloji təzyiqlər də sürətlə artır. Hazırda Rusiyanın Vladimir şəhərində Njdenin boş qəbri yerləşir. Göründüyü kimi, ermənilər öz qəhrəmanlarını, xüsusilə də ideya rəhbərləri olan faşist caninin adının əbədiləşdirilməsi üçün ən xırda detallardan belə istifadə etməyə çalışırlar. Boş qəbir! Hansı millət yaqd ölkədə öz "qəhrəmanına" belə abidə qoyar, təbii ki, yalnız ermənilərdən başqa. Hələ ki, qəbir yerindədir. Amma yerli "Stopfaşizm" ictimai təşkilatı şəhər meriyasına qəbrin ləğvi barədə müraciəıt ünvanlayıb. Demək, ermənilər Ermənistandan olan turist qruplarını bu qəbirlərin üzərinə aparır və Njdeni erməni milli qəhrəmanı kimi təqdim edərək onlarda faşizm ideyalarının yayılmasını sürətləndirirlər. Eyni zamanda, rus torpağında ermənilərin kök salmalarını nümayiş etdirirlər.

Məsələ burasındadır ki, Qaregin Njdenin faşistpərəst "Seqakron" ideologiyası bu gün erməniliyin istinad etdiyi əsas mürtəce ideologiyadır.Bu ideologiya erməniləri ali irq olmalarını təbliğ edir.

Onların sosial şəbəkədə etdikləri çağırışlar bunu təsdiqləyir: "Erməni vətənpərvər yalnız Ermənistanın və dünya erməniliyinin maraqlarını qorumalıdır. Güclü Ermənistan yaradaq!", "Millətlərarası nikahlar rədd olsun! Özümüzkülərdən savayı yaxşı heç kim yoxdur, erməniliyi qoruyaq!", Rusiya 20 ildən çoxdur Ermənistanı talan edir. Erməınilik bunu bağışlamaz" və sairə.

Təsadüfi deyil ki, Rusiyanın informasiya məkanını, demək olar ki, bütünlüklə ələ keçirmiş ermənilər öz ideyalarını sərbəst şəkildə heç bir maneə olmadan yaya bilirlər. Rusiya KİV-də dərc edilən başlıca erməni tezisləri bunlardır: "Ermənilik üçün yalnız Ermənistan vacibdir", "Heç vaxt bizim olmayan xarici bir ölkədə olduğumuz üçün erməni ailəsinin bir növ kiçik Ermənistan olduğunu başa düşməliyik. İnstinkt səviyyəsində ənənəvi erməni ailəsinin qorunub saxlanmasının Ermənistan sərhədlərindən daha geniş olan Ermənistan dünyasını qoruduğunu anlamalıyıq", "Yalnız hər iki valideynin erməni olduğu bir ailə, millətlərin multikultural rəngarəngliyinə qapılmadan, sağlam bir millət və güclü Ermənistan qurmaq üçün atalar tərəfindən başladılan işləri davam etdirə biləcək dünyaya övlad verə bilər. Uşaqlarımız erməniliyin gələcək müdafiəçiləridir, buna görə də savadlı olmaqla yanaşı hərb sənətini də öyrənməlidirlər", "Diasporda assimilyasiya böyük təhlükədir" və sairə.

Ermənilərin rusiyada özbaşınalığı və istədiklərini etmələrinə rusiyalı oliqarxlar hərtərəfli yardım edirlər.Aydın görünür ki, Rusiya erməniləri son vaxtlar çox fəallaşıblar və onlar nəyəsə hazırlaşırlar. Rusiya hakimiyyət orqanları isə sanki bunları görmür.

N.NOVRUZ

Sizin Reklam Yeriniz