Əlaqə Arxiv
news Image
2020.06.30
11:37
| A A A
XİN başçıları bu gün Dağlıq Qarabağla bağlı müzakirə aparacaq
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında növbəti görüş keçiriləcək. Mövqe.az xəbər verir ki, dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib. Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında baş tutmuş öncəki görüşü ATƏT-in Minsk qrupunun iştirakı ilə aprelin 21-də keçirilib.
Sizin Reklam Yeriniz