Əlaqə Arxiv
news Image
2020.06.30
18:49
| A A A
159 Pakistan vətəndaşı ölkəsinə yola salındı (FOTO)
Bu gün xüsusi reyslə 159 Pakistan vətəndaşı Azərbaycandan Pakistana yola salınıb. Trend-in məlumatına görə, bu barədə Pakistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bilidirilib ki, bu gün xüsusi reyslə biri uşaq olmaqla 159 Pakistan vətəndaşı Bakıdan İslamabada yola salınıb. Geri qaytarılan pakistanlıların əksəriyyəti qısamüddətli vizalarla Azərbaycana gələn və COVID-19 yayılmasından sonra bütün beynəlxalq uçuşların dayandırılması səbəbi ilə Pakistana geri dönə bilməyən turistlər və iş adamları olub: Səfirlik göstərdiyi dəstəyə və vətəndaşlarının rahat şəkildə vətənə qaytarılmalarına köməyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.
Sizin Reklam Yeriniz