Əlaqə Arxiv
news Image
2020.07.02
17:00
| A A A
Tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən Mövqe.az-a verilən məlumata görə, sözügedən qərara edilən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, sözü gedən vasitələrin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.

Sizin Reklam Yeriniz