Əlaqə Arxiv
news Image
2020.07.06
13:28
| A A A
Neftçalanın icra başçısından yeni təyinat

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Elşən Həsən oğlu Əmirov Neftçala RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, E.Əmirov bu təyinata qədər həmin şöbədə baş məsləhətçi çalışıb.

Sizin Reklam Yeriniz