Əlaqə Arxiv
news Image
2020.07.07
16:12
| A A A
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı verib. Başsağlığında deyilir: "Əlahəzrət, ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Sizin Reklam Yeriniz