Əlaqə Arxiv
news Image
2020.07.09
14:24
| A A A
Azərbaycan erməni faşizmini tam ifşa edir
Faşist ideologiyası Ermənistanın dünyadan təcridini sürətləndirir

Erməni faşizminin dünya miqyasında təhdid mənbəyi olması və bu prosesin ifşa edilməsi  istiqamətində Azərbaycanın gördüyü işlər artıq öz müsbət nəticələrini verməkdədir. İndi təkcə MDB yox, dünya miqyasında ermənilərin faşizm sevgisinin ifşası istiqamətində Azərbaycanın gördüyü işlər Ermənistanda böyük narahatlıqla qarşılanır. Xüsusən də Qərb ölkələrində bu istiqamətdə aparılan işlər indi Ermənistan üçün əsl şok effekti yaradır.

Reallıq isə hələ də düşmənin bundan əl çəkmədiyini göstərir. Elə bu günlərdə məsələyə yenidən toxunan Prezident  İlham Əliyev yerli telekanallara müsahibəsində bu xüsusda bildirdi: “Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər”. Yeri gəlmişkən qeyd edək ki, erməni terroru ilə bağlı daha bir ifşaedici fakt Avropa İttifaqına üzv dövlətlərin və “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında baş tutan sammitində Prezident İlham Əliyev tərəfindən yenidən diqqət mərkəzinə gətirildi. Burada Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin çıxışından sonra iddia etdi ki, guya Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirməsinə dair qərar verib. Sonra isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun burada əfv edilməsindən narazılıq edib. Amma cavabı da dərhal elə oradaca Prezident İlham Əliyev tərəfindən verilib:“Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Digər tərəfdən, Ermənistanda baş verənlər burada terrorçuluq və faşizmin tüğyan etməsinə dair Azərbaycanın dediklərinin real təsdiqidir. Məsələn, bu yaxınlarda, Paşinyan müxalif partiyaları virus daşıyan basillə müqayisə etdi. Xatırladaq ki, bir vaxtlar Hitler də  rəqiblərini virus daşıyıcı basillərlə müqayisə etmişdi. Əvvəlcə yəhudiləri, sonra kommunistləri və sosial-demokratları, həmçinin digər əleyhdarlarını basil adlandırdı. Nasist Hitlerin totalitar düşüncəsi özündən başqa heç bir siyasi subyekti tanımayan bugünkü Paşinyanın düşüncəsinə çox bənzəyir. İstənilən əleyhdarlarının hər birini MTX və cinayət işlərinin açılması ilə təhdid edir. Bu göstərir ki, Ermənistanda hakimiyyətin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələ ilə bağlı bildirir: “Azərbaycanın məqsədyönlü fəaliyyəti, uğurlu diplomatik gedişləri Ermənistanın üzərində mövcud olan çətiri artıq deşib. Uğurlu xarici siyasət ermənilərin əsl simasını üzə çıxarır, onların faşist mahiyyətini ifşa edir. İrəvanın mərkəzində nasist Qaregin Njdeyə abidə ucaldılması bu ölkədə nasizmə xüsusi rəğbətin olmasından xəbər verir. Artıq dünya miqyasında da bu fakt haqqında kifayət qədər məlumat var. Xatırladım ki, bu məsələni ilk dəfə Prezident İlham Əliyev qaldırıb. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də bunu diqqətə çatdırdı. Dedi ki, mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde Qaregin faşist olub. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib.

Ölkə başçısı artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi və işğal haqqında kifayət qədər dolğun məlumat olması barədə də məlumat verdi. Qeyd etdi ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.

Fikir verin, Ermənistan baş nazirinin etiraf etdiyi kimi, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, demək, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola da bilməz. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi ərazi iddiası, Xocalı soyqırımı, işğal və soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi erməni vandalizminin göstəricisidir. Dövlətimizin başçısı 1990-cı illərin sonlarında Ermənistan parlamentində törədilmiş terror hadisəsini xatırlatdı və bu dəhşətli hadisənin ermənilərin əsl mahiyyətini üzə çıxardığını dedi. Qeyd etdi ki, bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. İndiki hakimiyyətin etiraf etdiyi kimi, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları da oğru olublar.

Bu gün diqqət çəkən məqam erməni qəhrəmanlarının faşist, terrorçu və cinayətkar olmasıdır. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, xunta getdi, diktatura gəldi. O cümlədən Ermənistanda insan haqlarının kobudcasına pozulması, jurnalistlərin həbs olunması, həbsxanada aclıq edərək dünyasını dəyişməsi diqqətə çatdırıldı. Bu gün Ermənistanda konstitusiya kobudcasına pozulur, qanunsuz dəyişikliklər edilir, siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, həbs olunur, qohumlarına qarşı cinayət işləri açılır. Ölkəyə rəhbərlik edən baş nazir sanki həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də parlamentin sədridir. Bütün bunlar ondan xəbər verir ki, qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır. Təbii ki, faşist ideologiyasına hüsn-rəğbət olan yerdə diktaturanın hökm sürməsi labüddür.

Azərbaycan isə dünya birliyində müstəqil siyasət yeridən, sivil, demokratik ölkə kimi öz yerini getdikcə möhkəmləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.

“Mövqe”

Sizin Reklam Yeriniz