Əlaqə Arxiv
news Image
2020.07.09
17:00
| A A A
Dövlət başçısı İlham Əliyevin liderlik missiyası

Bildiyimiz kimi Koronavirus insanların həyatını təhlükə altında qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Yaxın dövrlər üçün üfüqdə ümidverici heç nə görünmür. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıblar.

Bu qlobal problem bir sıra şərtləri diktə edir ki, onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası bu məsələdə ortaya mövqe qoya bilməyiblər, dünyanın aparıcı dövlətləri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ən əsası ilk gündən koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini bəyan edən Prezident İlham Əliyev bu məsələdə də qlobal liderlik missiyasını öz üzərinə götürüb.

Anar Hüseynov

Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz