Əlaqə Arxiv
news Image
2020.07.13
13:00
| A A A
Baş Nazirin müavini təmas xəttindəki vəziyyətdən yazdı

Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər. Mövqe.az-ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov "Facebook" səhifəsində etdiyi paylaşımda bildirib. Paylaşımda deyilir: "Xalq yeni qəhrəmanlarını tanıdı. Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik. Allah şəhidlərimizə rəhmət etsin!"

Sizin Reklam Yeriniz