Əlaqə Arxiv
news Image
2020.07.13
14:23
| A A A
Türkiyə XİN rəhbəri: Ermənistan ağlını başına toplasın

Ermənistan ağlını başına toplasın, Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Türkiyə Dağlıq Qarabağ probleminin siyasi yollarla həlli tərəfdarı olsa da, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatı sübut edir ki, Ermənistan mühabriə tərəfdarıdır. Biz Azərbaycanı yalnız buraxmayacğıq!

Mövqe.az-ın məlumatına görə bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycana hər cür dəstək verməyə davam edəcək.

Qeyd edək ki dünən Türkiyə XİN bəyanat yayaraq qeyd edib ki, Ermənistanın hücumunun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur.
Bəyanatda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumunu sərt şəkildə pisləyir:

"Ermənistanın millətçilik anlayışının daha bir təzahürünün Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur".

Xarici İşlər Nazirliyi erməni tərəfinin belə təhlükəli taktikalardan əl çəkməli və düşüncəli və qanuni yol seçməli olduğunu vurğulayıb.

"Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək"-deyə Türkiyə XİN açıqlamasında qeyd olunub.

Sizin Reklam Yeriniz