Əlaqə Arxiv
news Image
2020.07.13
19:26
| A A A
Ermənistan silahlı bölmələri Tovuzun kəndlərini D-30 topundan atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

Bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-in sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Sizin Reklam Yeriniz