Əlaqə Arxiv
news Image
2020.07.14
09:55
| A A A
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə çalışır

Son 2 gündə Tovuz ve Qazax istiqamətində düşmənlərimizin fəallaşması biz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini çox narahat edir. Bir tərəfdən mənfur Ermənilər və içimizdəki daima təxribata meyilli insanların fəallaşması bir daha sübut edir ki, bütün bunlar eyni yerdən idarə olunur. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialı olaraq daima dövlətimizin yanındayıq və hər an döyüşə atılmağa hazırıq. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. 
İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza isə şəfa diləyirik!

İlham Qayıbzadə

AQMƏVŞAİB- Binəqədi Rayon Filialının sədri 2-ci qrup Qarabağ müharibəsi Əlili 

 

 

Sizin Reklam Yeriniz