Əlaqə Arxiv
news Image
2020.07.14
11:22
| A A A
Unudulmaz Lider

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin 51 ili tamam olur. 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycanı qısa müddətdə ön sıralardan birinə çıxardı. Çox keçmədən Azərbaycan sürətlə inkişaf etməyə başladı, ölkəmizdə yeni istehsal müəssisələri, fabrik və zavodlar fəaliyyətə başladı. Azərbaycan gəncləri yüksək təhsil almaq məqsədilə sovetlər birliyinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almağa göndərildilər. Azərbaycanın bu günkü uğurlarının bir qisminin təməli o dövrdə qoyuldu. 
90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyinə təhlükə yarananda  ümummilli lideri Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı ilə Azərbaycan bir çox təhlükə və bəlalardan xilas oldu. Xəbis düşmənlərin planları puç oldu.  
 O dövrdə Azərbaycanda və bölgədə vəziyyət olduqca gərgin və ağır idi. Həmin mürəkkəb və ağır dövrü çox yaxşı xatırlayırıq. Bir tərəfdən müharibə, digər tərəfdən vətəndaş qarşıdurması, iqtisadiyyatın çöküşü Azərbaycanı ciddi və ağır sınaqlarla üz-üzə qoymuşdu. Bu problemlərin həllinin öhhdəsindən yalnız ümummilli lider Heydər Əliyev gələ bilərdi. Onun müdrik siyasəti nəticəsində qısa müddətdə ölkəmizdə xaosa, vətəndaş müharibəsinə son qoyuldu, atəşkəs sazişi imzalandı, sabitlik və istiqrar təmin olundu, ölkəmiz parçalanmaqdan xilas oldu. Azərbaycanın iqtisadi inkişafında böyük rol oynayan neft müqavilələri imzalandı, iqtisadiyyat inkişaf etməyə başladı, Azərbaycanın beynəlxalq aləmdə müfuzu artdı. Azərbaycan qısa müddətdə böyük inkişaf və tərəqqi yolu keçdi. 
Bu gün bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla və böyük uzaqgörənliklə davam etdirir. Bu gün Azərbaycan bir çox beynəlxalq layihələrin və tədbirlərin təşəbbüskarı və təşkiltaçısıdır. Bu gün Azərbaycanın nüfuzu dünyada durmadan artır. Vaxtilə humanitar yardımlar alan Azərbaycan bu gün humanitar yardım göstərən ölkəyə çevrilib. 
Bu gün qarşıda duran ən böyük vəzifələrdən biri birlik və həmrəyliyimizi, ölkədə sabitliyi qorumaqdır. Bu günkü Azərbaycanın hansı gərgin dövrlərdən keçərək bu günkü inkişaf yoluna qədəm qoyduğunu heç kim unutmamalıdır. Unutsaq tarix də bizi bağışlamayacaq. Yaşasın müstəqil Azərbaycan dövləti!

Ceyhun Məmmədov,

Milli Məclisin deputatı

Sizin Reklam Yeriniz