Əlaqə Arxiv
news Image
2020.07.14
18:28
| A A A
Ukrayna səfiri Ermənistan XİN-nə dəvət edilib
Bu gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işlədiyi ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilir: "Ukrayna səfirini qəbul edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan ona Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan – Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatına dair Ermənistan XİN-in mövqeyini təqdim edib". Xatırladaq ki, iyulun 13-də Ukrayna Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əsaslanan siyasi həllinə tərəfdar olduqlarını bildirib.
Sizin Reklam Yeriniz