news Image
2012.05.14
19:29
| A A A
Ölkədə vəziyyət gərgindi
Yunanıstanda keçirilən ümumi seçkilərin ardınca bir həftədir davam edən koalisiya müzakirələri heç bir nəticə verməyib.

Movqe.az xəbər verir ki, mayın 6-da keçirilən seçkilərdə 17%-lik səslə ikinci olan Radikal Sol Koalisiyanın (SYRIZA) lideri Aleksis Tsipras, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə aparılan borc razılaşmalarını tətbiq edəcək yeni hökumətdə iştirak etməməkdə qərarlıdır: "Vəzifələrimizi yerinə yetirəcəyik. Bunlardan ən əhəmiyyətlisi insanların ümidini itirməsinə imkan verməmək. Ən böyük məsuliyyətimiz, seçki əvvəli verdiyimiz vədlərimizə seçkidən sonra da sadiq qalaraq geri addım atmamaqdır. Elə də edəcəyik."

Seçkilərdən dərhal sonra başlanan koalisiya axtarışları nəticəsiz qalınca prezident Karolos Populyas məsələlərə qarışaraq, ən çox nüfuzu olan ilk 3 partiya lideri ilə bir araya gəlmişdi. Ancaq Tsiprasın Yunanıstanı avrozonada olması üçün 2014-cü ildəki Avropa Parlamenti seçkilərinə qədər idarə edəcək geniş əsaslı bir hökumət qurmaq fikirində olmadığı bildirilib. Müzakirələrin bu gün də parlamentə girmə haqqı əldə edən digər dörd partiyanın liderləriylə davam etdirilməsi gözlənilir.

Xaricidən gələn 130 milyard avroluq beynəlxalq yardımla iflasdan xilas olan Yunanıstanın içində olduğu bu siyasi böhranın ardınca avroya vida deməsi qaçılmazdır. Almaniyanın öncül xəbər jurnalı olan "Der Spiegel"in bu həftəki manşetini də bu mövzu bəzəyir.

Avropa Birliyi və BVF ilə aparılan maliyyə razılaşmalara sadiq qalacaq bir hökumət qurulmayacaqsa iflasın ikinci mərhələsinin gələcəyi fikirləri də yayılıb.