Əlaqə Arxiv
news Image
2020.07.31
12:04
| A A A
Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb

Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mövqe.az xəbər verir ki, sərəncamla Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

     

Gərəkli kəndi

1

5489

     

Hənifə kəndi

1

6690

     

Xalatala kəndi

1

2984

     

İtitala kəndi

1

2523

     

Qaysa kəndi

1

3784

     

Qazma kəndi

1

7538

     

Qullar kəndi

1

5560

     

Şambul kəndi

1

2707

     

Talalar kəndi

1

6157

 

Tülü kəndi

1

6513

Cəmi

10

49 945

Sizin Reklam Yeriniz