Əlaqə Arxiv
news Image
2020.08.04
09:32
| A A A
Ermənistanın Latviyadakı səfiri ölkəsini rüsvay elədi-məntiqi olaraq...
Ermənistanın Latviyadakı səfiri Tiqran Mkrıtıçyan olduğu ölkənin latvia.lv saytında başdan ayağa saxtakar, əsassız, Azərbaycana və Azərbaycan prezidentinə yalan tökən məqalə çap etdirib. Adam Tovuz hadisələrinin bütün fraqmentlərində 180 dərəcə əks müstəvidə yalanlar danışır, bu öz yerində, həm də bu fraqmentlərdə Ermənistanın nəinki büdcədən "qarın otaran" diplomatlarının, hətta baş nazirin özünün cavabı yetərincə verilib. Bu fikirləri öz şəxsi facebook səhifəsində yazan siyasi şərhçi, "Bakı-Xəbər" Media qrupunun rəhbəri Aydın Quliyev əlavə olaraq yazıb ki, bizim vacib və əsas saydığımız bir məsələnin üstündə dayanmağımız gərəkdi. Adam səfir Latviya mediasında deyir ki, Tovuzda azərbaycanlı və erməni kəndləri olan Ağdam və Çinarlı üz-üzə mövqelərdə yerləşir. Səfir özünün puç məntiqi ilə hamını aldada biləcəyinə sadəlövhcəsinə inanaraq deyir ki, Azərbaycan rəhbəri 12 iyul hadisələri vaxtı öz hərbi atəş nöqtələrini Ağdam kəndində dinc əhalinin yaşayış evlərinin arasında yerləşdirib. Üz-gözündən "sütül qoxuyan " və bu posta normal bir həyat təcrübəsi keçmədən gəlib çıxdığı aydın görünən bu səfirin nə demək istədiyi tam aydındır. Adam - səfir dünya rəyini azdırmaq istəyir. Guya Azərbaycan rəhbərliyi bu taktikanı ona görə seçib ki, erməniləri dinc kənd sakinlərini atəşə tutmaqda ittiham edə bilsin. Səfir diplomat təfəkkürünə qəti yaraşmayan tərzdə özünü aldadır. Əvvala, Azərbaycan xalqı və rəhbərliyi əla bilir ki, Ermənistanın dövlət elitası faşizmdən motiv aldığı üçün onlarda humanizm deyilən şeydən əsər-əlamət ola bilməz. İkinci, ermənilər azərbaycanlıların humanist təsəvvürlərinin tam əksinə olaraq hətta dinc sakinləri belə tikə-tikə doğraya biləcəklərini Xocalıda artıq sübut ediblər. Bunu keçmiş prezident Sarkisyan bütün dünyanın oxuduğu bir kitabda deyib. Bütün bu faktlar bəlli olduğu halda Azərbaycanın dinc yaşayış məntəqəsində hərbi atış məntəqəsi yerləşdirməsinə heç bir məntiq qalmır. Məsələ burasındadır ki,dünya da ermənilərin nələrə qadir olduğunu artıq bilir və təbii ki... İyul hadisələri vaxtı Azərbaycanın kənd evləri arasında guya atış nöqtəsi yerləşdirməsi barədə dövlət büdcəsindən daha çox pul oğurlamaq məqsədi güdən "qarın otaran" bir səfirin müsahibəsinə inanmaz...
Sizin Reklam Yeriniz