Əlaqə Arxiv
news Image
2020.08.06
09:00
| A A A
Diaspor düşmənə yerini göstərir
Tezliklə Azərbaycanın xaricdəki lobbisi daha böyük nüfuz sahibinə çevriləcək


 

Xeyli vaxtdır ki, Azərbaycanın diaspor təşkilatları barədə ürək ağrısı ilə danışırdıq. Çünki dişsiz və xaricdəki rəqiblərimizə cavab vermək iqtidarında deyildilər. Ancaq ümidimizi üzmürdük. İnanırdıq ki, nə vaxtsa bizimkilər də haqqı qorumaq üçün yetərli gücə sahiblənəcəklər. O gün gəlib çatıb. Tovuz təxribatlarına görə düşmənə cəbhədə güclü zərbə vurub geri oturtduqdan sonra xaricdə yaşayan soydaşlarımızı informasiya müharibəsinin və ictimai fikrin həqiqət üzərində bərqərar olması yolunda önəmli işlər gördülər. Hətta bu istiqamətdə Ermənistana vurulan zərbələr döyüş zamanı vurulandan daha təsirli oldu. Ona görə ki, ermənilər ordumuzun gücünə bələd idilər və ağır zərbə ala biləcəklərinə hazırlaşmışdılar. Diasporda isə.., onlar elə bilirdilər ki, həmişə olduğu kimi bu dəfə də dünya ictimaiyyətinə məğlubiyyətlərini qələbə, öz təxribatlarını Azərbaycanın hücumu kimi sırıya biləcəklər. Ancaq belə olmadı və Azərbaycan diasporunun haqq uğrunda yaydıqları həqiqət aksiyaları o qədər mütəşəkkil və təsirli oldu ki, nəinki xaricdəki ermənilər, elə erməni siyasi hakimiyyəti də heyrətə gəldilər. Təsadüfi deyil ki, diasporumuzun hücumu qarşısında aciz duruma düşdüklərinə gösə Ermənistanın baş naziri Nikol Paşinyan bir an içərisində rəhbərlik etdiyi hökumətin diaspor nazirliyindən 10 əməkdaşı sadəcə olaraq işdən qovdu.
Azərbaycan rəhbərliyi həmişə diaspor fəaliyyətinə ciddi önəm verib və onun möhkəmlənməsi naminə xeyli işlər həyata keçirib. Nəticə göz qabağındadır. Diasporumuz formalaşıb və böyük gənclik enerjisi ilə getdikcə daha da güclənir.
Diasporumuzun bu cür cəsarətli addımı erməniləri çaşdırdığından onlar tələskənlikləri hesabına öz əsl simalarını büruzə verdilər. Bizimkilərin aksiyalarına qarşılıq vermək istəyən erməni diasporunun nümayəndələri öz aksiyalarında törətdikləri əməllərinə görə təcavüzkar olduqlarını əyani şəkildə xarici ictimaiyyətə sübut etdilər. Başqa sözlə, ermənilər cəbhədəki təxribatlarına diaspor təxribatlarını da əlavə etdilər və hamıya göstərdilər ki, “təxribatçı” adı məhz onlara yapışır. Xarici ölkələrdəki hüquq-mühafizə orqanlarının ermənilərin vandallığına, soydaşlarımıza qarşı törətdikləri zorakılıq faktlarına görə qaldırılmış cinayət işləri bunu sübut edir. Bir sözlə erməni diasporu bizim diasporla mübarizədə ilk dəfə ciddi məğlubiyyətə düçar oldular. Bu da onu gpstərir ki, vəziyyət dəyişib və bizim diaspor düşmənə hərtərəfli cavab vermək haqqını əldə edib. Bu isə öz növbəsində mübarizənin getdikcə daha da kəskinləşəcəyinə dəlalət edir. Ermənilərin “tarixi vəhşiliyi” də bunu ehtuva edir. Axı, xarici ölkələrdə erməni terrorçuları barədə olduqca zəngin təəssüratlar mövcuddur. Onların nümayəndələri insan nifrət ruhunda böyüyüblər və qarşılarına çıxan hər kəsi öldrməkdən həzz alırlar.
Düşmən həyazısdır və diasporumuza, onların simasında Azərbaycan hökumətinə iftiraçı hücumlarını davam etdirəcəklər. Bəs, bunun qarşısını nə ilə almaq olar? Təbii ki, ilk növbədə problemə hüquqi müstəvidə yanaşmalı və düşmənin fəaliyyətini izləməklə törətdikləri zorakılıq aktlarına görə polisə operativ müraciətlər olunmalıdır. İkinci, məsələ isə sərvaxt olmaqdır, yəni ermənilərin hücumlarını qarşılamaq üçün hazır olmaq lazımdır. Çünki onların hücumları cavabsız qaldıqca ayaqları yer alır. Xislətinə görə ermənilər qorxaqdırlar. Bu faktı ictimai xadimlər, dünyada tanınmış mütəfəkkir insanlar dəfələrlə söyləyiblər. Ermənilərin təhlükəli olmaları, qarşılarına çıxanları öldürməkləri də bu qorxu hissi ilə əlaqədardır. Lakin vaxtında verilən cavablar onları həmişə geri çəkilməyə məcbur edir.
Baş vermiş hadisələr diasporumuzun və lobbi təşkilatlarımızın güclənməsində əhəmiyyətli rol oynayacaq. Artıq azərbaycanlılar həm öz güclərini özləri hiss edirlər, həm də vətəndən onlara göstərilən dəstəyi görürlər. Bu aspektdə doasporumuzun güclənməsi tamamilə məntiqidir. Təbii ki, azğınlaşmış düşmən yeni hücumlar təşkil edəcək. Və bu hücumlar xaricdə yaşayan soydaşlarımızın daha sıx birləşməsinə gətirib çıxaracaq. Buna görə də erməni diasporundan çəkinməyərək daha böyük səylə diaspor təşkilatlarımızın fəaliyyətini genişləndirməyə yeni zərurət yaranacaq.
N.NOVRUZ   

Sizin Reklam Yeriniz