Əlaqə Arxiv
news Image
2020.08.14
08:30
| A A A
“Zarafat klubu” olan Milli Şuradan yeni qəhqəhələr
Heç demə, baytar biliyi, ayaqla başın yerini dəyişməsi siyasətin əsası imiş

 

Deyəsən, camaat tezliklə bütün televiziya verilişlərini bir yana buraxıb “zoom” proqramında Milli Şura adlanan zarafat klubunun iclaslarına baxacaq. Çünki bu iclaslar ikitərəfli xeyirdir: həm camaata siyasi biliklərin əsasını öyrədir, həm də tamaşaçılarım eynini açır.
İclas başlayanda müasir dövrün siyasi tələblərinə uyğun olaraq nümunəvi bir əhvallaşma baş verir:
- Nə var, nə yox, necəsən?
- Sağlığın!
- Amerikada nə var, nə yox, hələ dağılıb qurtarmayıb ki?!
- Ha..ha..ha..ha.....
- AzTV-nin proqnozları doğru çıxdı (guya istehza edirlər və bu da bir şaqqanağa rövnəq verir).
Bu bitər-bitməz, başqa bir mədəni dialoq efiri başına alır:
- Ə, kəllən görsənmir, harda gizlənib?
- Ə neyniyim, ayağımda bir az problem var, buna görə sıxılmışam stula, deyirsən dikəlim?
- Ayağın ağrıyırsa, onda ayağını qaldır başın əvəzi ekranda görsənsin (nə qədər nəcib bir davranış, insanı heyran edən, siyasətçiyə yaraşan məntiqi mühakimə, düzdür danışıq intonasiyası biədəb sətiraltı mənanı da ifadə edir, amma təəccüblənməyin, bura zarafat klubudur, axı!).
Vahid adlı üzv Əli Kərimlinin kef-damaq içərisində yaşaması haqda məlumat verərək bildirir ki, onun kefi sazdır, ərzağı boldur, cəbhəçilər də onun hər sözünə bir plakat düzəldiblər, bu faktdan belə çıxır ki, Əli Kərimli özünü lap “dahi” sayır. Amma Vahid bəy bildirir ki, kimə nə qədər layk gəlib, buna diqqət etmək lazım deyil, tə ki, ümumi “layk”ımız bol olsun. Yəni, bu aqdamlar “laykbaz”dırlar həm də.
Amma zarafat zarafatdır də, bu zaman klubun qadın üzvü söhbətin kulminasiyasını açır:
- Ay Vahid müəllim, 17 il yaşayan inək var? Ha.., ha.., ha.., ha....
Qrup şənlənir və Vahid müəllim baytrarlıq sahəsindəki biliyini nümayiş etdirmək üçün deyir:
-Hə, də.., cins inəklər 5-6 il saxlanılır, bu da o deməkdir ki...
Gültəkin Hacıbəyli onun sözünü kəsir:
-17 ildə inəklərin üç nəsli dəyişir, ha.., ha.., ha.., ha...
“Hahaha”lar bitəndən sonra Vahid adlı üzv məsləhət görür ki, bu inək məsələsi çox müdrik məsələdir və ondan çıxışlarda istifadə etmək gərəkdir.
İndi, ay camaat, bunlar zarafatlarında, deyib-gülməklərində olsunlar, öz işləridir, hüquqları var, sizin də bunlara baxıb gülmək öz işinizdir. Amma bir az diqqətli olun, nədəndir ki, bunlar adlarını “milli şura” qoysalar da, yaman xarici sözlər işlədirlər danışanda. Məsələn, “farslar demiş, miyanə”, “iranlılar demiş, qədəm qoyuruq” və sairə. Üstəlik də, zarafatcılların bəzi zarafatlarını da elə zarafat kimi qəbul edin, məsələn, inəkdən bir igid kimi bəhs etdiklərini görsəniz, üstündən keçin, bu təhqir olsa da, təhqir yox, zarafat sayın. Milli şuradır də, özlərinə uyğun danışırlar. O inək söhbətini, gəlin siz də unutmayın, orda-burda söz düşəndə misal çəkin, çox müdrikdir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz