Əlaqə Arxiv
news Image
2020.08.14
16:27
| A A A
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
Ermənilər   əvvəl  sovet,  sonra  Rusiya hərbi qüvvələrinin köməyindən istifadə edərək Dağlıq Qarabağdakı fitnəkar    əməllərini genişləndirmişdilər. Azərbaycanlılar sıxışdırılır və qovularaq ərazidən çıxarılırdı. 1991-ci ilin sentyabrında ermənilər tərəfindən qeyri-qanuni qurumun – Dağlıq Qarabağ Respublikasının yaradıldığı elan edildi. Günü bu gündə də ermənilər ilk hərbi yardımı Rusiyadan alır. Düşmənlərimiz Rusiya və KTMT-yə üzv olan Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan dövlətləri ilə təhlükəsizlik əməkdaşlıqlarını inkişaf etdirirlər. Hərbi-siyasi əməkdaşlıqları Rusiya dövləti ilə güclü olsa da, KTMT çərçivəsində olan dövlətlərlə elə də güclü deyil. Ermənistan bu qurumun üzvü olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır və ona görə də bu istiqamətdə gedən lokal toqquşmalara qarşı çıxa bilmirlər, yalnız narahatlıq ifadə edilir.
    Serbiyadan Ermənistana minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərilib. Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minaatan atəşlərinə məruz qalıb, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusu, o cümlədən bir nəfər  mülki şəxs həlak olub. Azərbaycan Serbiya hökumətinə müraciət edərək Ermənistana silah satışına dair mövqeyini yenidən nəzərdən keçirməyi xahiş edəndə Belqradın buradan çox uzaqda baş verən beynəlxalq mübahisənin ortasına düşdüyü aydın oldu.
   Serbiya prezidenti Aleksandr Vucic iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələr zamanı Azərbaycan hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.“Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.”
 Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.
 Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
Hüseynli Elşən Adil oğlu 
Nəsimi rayon gənci, 
Azərbaycan Dillər Universitetinin tələbəsi 
Sizin Reklam Yeriniz