Əlaqə Arxiv
news Image
2020.08.14
19:04
| A A A
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…

Həmişə özünü dünyaya yazıq, haqsızlıqlara, zülmə məruz qalan bir xalq kimi tanıdan və min bir dezinformasiya ilə həqiqətləri gizlədib dünyaya yalanı reallıq kimi tanıdan ermənilərin Tovuz hadisələrindən sonra planladıqları oyun həyata keçmədi. Əlbəttə, yalanın ömrü yanan şamın ömrü qədərdir. Generalımızın, polkovnikimiz şəhid olmasına səbəb olan hərbi təxribatın qaranlıq qalan tərəfi gün işığı kimi aydınlanacaqdı və belə də oldu…
  Tovuz hadisələrinin Ermənilərin yaratdığı hərbi təxribat olduğunu göstərən bir neçə fakt vardır. Bunlardan birincisi, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilməsi idi... Çətin günlərində həmişə Serbiyanın yanında olan,  koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərən, Kosovonun müstəqilliyini tanımayıb və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edən Azərbaycan hökməti və cəmiyyəti  tərəfindən Serbiyanın bu hərəkətləri anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Bu zaman Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğunu  D.V. Belqrada bildirildi. 
Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic vurğuladığı kimi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün çox vacibdir. Buna görə də, yaşanan bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrin korlanmasına xələl gətirməməsi üçün avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Azərbaycanı ziyarət edən   Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri NeboyşaStefanoviç jurnalistlərə müsahibə verdiyi zaman vuruğulayıb ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Tovuz hadisələrinin Ermənilərin yaratdığı hərbi təxribat olduğunu göstərən ikinci faktı  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınmasıdır. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb.Azərbaycan xalqı tərəfindən ən çox təəssüf hissi yaradan isə bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq vermələridir. 
Həm də vurğulamaq lazımdır ki, Rusiya son günlərdə Ermənistana xeyli silah verib və bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Buna görə də, avqustun 12-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verərək qeyd edib ki, Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox mülki evlər dağıldılıb və yararsız hala düşübdür. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Həm də Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Tovuz hadisələrindən bir neçə gün əvvəl həm Serbiyadan, həm də Rusiyadan aldığı silahlar bir daha göstərir ki, Ermənilər yaydıqları dezinformasiyalarda vurğuladıqları kimi yazıq və zülmə məruz qalan bir xalq deyildir. Qarabağ hadisələrində olduğu kimi bir çox günahsız insanların qanına əlləri batmış bir xalqdır.
Kəmalə Həsənova
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi 

 

Sizin Reklam Yeriniz