Əlaqə Arxiv
news Image
2020.08.15
11:18
| A A A
Rayonlara gediş-gəliş müzakirə olunur - Hacıyev

Rayonlara gediş-gəliş müzakirə olunur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır. Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində rayonlarda yoluxma statistikasında nisbətən artım müşahidə olunub", - o bildirib.

H.Hacıyev əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyə yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur:

"Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. İnsanların karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq".

Sizin Reklam Yeriniz