news Image
2013.08.01
17:17
| A A A
ABŞ Misirlə hərbi manevr keçirəcək

Movqe.Az xəbər verir ki, ABŞ müdafiə naziri Çak Hagel, ABŞ-ın, Misirlə ediləcəyini əvvəldən elan etdiyi "Bright Star" (Parlaq Ulduz) adlı ortaq hərbi manevr mövzusundakı planlarında heç bir dəyişiklik etmədiyini söyləyib. ABŞ müdafiə naziri Çak Hagel, ABŞ Baş qərargah müavini Oramiral Ceyms A. Vinnefeld ilə birlikdə Pentaqonda mətbuat konfransı təşkil edib. ABŞ və Misir arasında sentyabr ayında ediləcəyi elan edilən "Bright Star" ortaq hərbi manevrinin, Misirdəki son inkişaflar sonrasında da hələ etibarlılığını qoruduğunu ifadə edən Çak Hagel, "Elan edildiyi kimi bu manevri etməyi planlaşdırırıq, lakin bundan bir şey yoxdur" deyib. ABŞ və Misir arasında 1981-ci ildən bəri hər iki ildən bir edilən sözügedən hərbi manevr, Misir prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən getməsindən sonra ortaya çıxan siyasi qarışıqlıq səbəbiylə 2011-ci ildə ləğv edilmişdi. ABŞ müdafiə naziri Hagel, Pentaqonun edəcəyi kəsintilərlə 10 il içərisində 50 milyard dollara qənaət etməyi planladığını da açıqlayıb. H

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs