news Image
2013.08.02
15:41
| A A A
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı

Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən növbəti iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edilib.

M.Pənahov iclasda bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, prezidentin səlahiyyətinin bitdiyi vaxt oktyabr ayının 3-cü həftəsinin üçüncü gününə təsadüf edir. Bu tarix oktyabr ayının 16-sına təsadüf edir. Həmin gün iş günü olmadığından, MSK prezident seçkisini həmin ayın digər gününə keçirmək haqqında qərar çıxartmalıdır: "Təklif edirəm ki, prezident seçkisi günü yenə 3-cü günə salınsın, lakin 1 həftə öncəyə".

Təklif MSK üzvləri tərəfindən təsdiqlənib.

Qeyd edək ki, sonuncu prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkisi keçirilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs