Əlaqə Arxiv
news Image
2020.09.16
11:22
| A A A
Prezidentin təhsil sisteminin qarşısında qoyduğu vəzifələr gələcəkdə daha güclü dövlət olmaq üçün stimuldur- Deputat

Dünən, cənab Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması münasibətilə müraciətində Prezident çox haqlı olaraq qeyd etdi ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Bu fikirləri Azadmedia.az saytına Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib. Deputat daha sonra qeyd edib ki, bu gün təhsil sisteminin, müəllimlərin ən ümdə vəzifələrindən biri də uşaqlarımıza, gənclərimizə yüksək təhsil verməklə yanaşı, onların əsl Azərbaycan vətəndaşı kimi, şəxsiyyət olaraq formalaşmasına nail olmaqdır. Müasir İKT-nın inkişafı bütün milli dövlətləri, o cümlədən Azərbaycan Respublikasını ciddi çağırışlar qarşısında qoyur. Müxtəlif ideologiyalar arxasında pərdələnmiş xarici maraqlar demək olar ki, hər gün üzərimizə hücum çəkir, bizi öz köklərimizdən uzaqlaşdırmağa, hər qəlibə uyğunlaşdırılması mümkün olan kütləyə çevirməyə çalışırlar. Belə bir şəraitdə Azərbaycan Prezidentinin təhsil sisteminin qarşısında qoyduğu vəzifələr istər milli təhsilimizin, istərsə də dövlətçilik sistemimizin gücləndirilməsi üçün yeganə çıxış yoludur. Prezident İlham Əliyevin çıxışından bir parçanı xatırlayaq: "Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək". Məhz bu səbəblərdən, dövlət müstəqilliyimizin qorunması, dövlətimizə uzanan əllərin kəsilməsi, informasiya müharibəsində qalib olmaq, inkişaf yolunun davam etdirilməsi bizim bu gün formalaşdırdığımız şəxsiyyətlərdən, həqiqəti yalandan seçməyi bacaran, milli ruhda böyüyən, yalnız və yalnız bu torpağa bağlı olan vətəndaşlardan asılıdır.

Sizin Reklam Yeriniz