Əlaqə Arxiv
news Image
2020.09.17
09:47
| A A A
Kremlin İrəvan siyasəti Rusiyanın regionda mövqeyini sarsıdır
Nəzakət Məmmədova: “Moskvaya təsir zonaları, forpost, əlaltı ölkələr lazımdır ki, Ermənistan bütün parametrlərinə görə bu statusa layiq olan ölkədir”


Regionda Azərbaycan və Türkiyənin yanında yer almaq Rusiyanın burada mövqeyini daha güclü hala gətirə bilər. Amma görünən odur ki, Moskva İrəvanla əməkdaşlığa can ataraq regional mövqeyini zəiflədir.  Uzun əsrlərdir ki, Rusiya regiona münasibətdə məhz bu siyasəti yürüdür. Səbəb nədir?
Politoloq Nəzakət Məmmədova bildirdi ki, ermənilər Moskva üçün forpost rolunda çıxış etməyə razı olduqlarından Rusiya İrəvanla əməkdaşlığa daha çox can atır: “Ermənilərin bir millət olaraq əsrlərdir ki, torpaqlarını genişləndirməklə bağlı proqramları var. Onlar uzun illərdir dövlət əldə etmək və onu genişləndirmək proqramları üzərində işləyib və işləməkdə davam edirlər. Ona görə də Rusiya, Fransa kimi dünya gücləri ermənilərin bu iddialarına kömək etməyi vəd ediblər. Əvəzində ermənilər həmin dövlətlər üçün forpost rolunda çıxış etməyə razı olublar. Ermənilər aqressiv, işğalçı olsalar da, vizionları genişdir. Yəni böyük dövlətlərə Ermənistan kimi ölkələr lazımdır. Eyni zamanda, Ermənistana da böyük güclər lazımdır. Ona görə də Rusiya ilə İrəvanın vizion münasibətləri alınır.  Azərbaycanda isə yalnız son illərdə itirilmiş torpaqlarla bağlı proqramlar həyata keçirilməyə başlanılır”.
Kremlin Ermənistana olan bu sevgisində politoloqa görə, xristian təəssübkeşliyi amilinin də rolu vardır: “Başqa bir tərəfdən, Rusiyada da xristian təəssübkeşliyi üstünlük təşkil edir. Ermənilər də xristiandır. Azərbaycan və Türkiyə isə müsəlmandır, həm də türk dilli millətlərik. Hazırda dünyada əsas güc sahibi olan ölkələr ancaq xristian ölkələridir. Bu sırada indiki məqamda bir müsəlman, türk ölkəsi yoxdur. Bu mənada Rusiyanın İrəvanla əməkdaşlığa daha çox önəm verməsində xristian amili də öz sözünü deyir. Həmçinin dünyanın güc mərkəzləri olan böyük dövlətlərilə əsrlərdir davam edən əlaqələrinin olması erməniləri avantajlı duruma gətirib çıxarıb.   Rusiya zatən Azərbaycanda bir qrupu “5-ci kolon” adı ilə ələ alıb özü üçün işlədir. Belədə Rusiyanın Azərbaycanla hansısa bir strategiya qurması nəyinə lazımdır. Ona görə də Rusiya ölkəmizlə daha sıx əlaqələr qurmağa ehtiyac görmür”.
N.Məmmədovanın fikrincə, Azərbaycan və Türkiyənin İrəvandan fərqli olaraq müstəqil siyasət yürütməsi də Rusiyanın ürəyincə deyil: “Ermənistandan fərqli olaraq Azərbaycanın güc olmaq potensialı var. Azərbaycanda bir çox çatışmamazlıq, problemlər aradan qaldırılsa, regional güc olmaq potensialımız vardır. Əhalimzi çoxdur, təbii resurslarla zəngin ölkəyik. Belə ölkə ilə işləmək isə Moskva üçün o qədər də maraqlı deyil. Azərbaycan türkdilli dövlətdir, etnik baxımdan Rusiya ilə ölkəmizi heç nə bağlamır. Azərbaycan həm də müstəqil siyasət yürüdür. Ölkəmiz son illər postsovet məkanı ölkələri arasında ən müstəqil xarici siyasət yürüdən ölkədir. Ən azından ölkəmizin enerji strategiyası Rusiyaya meydan oxuyur. Prezident İlham Əliyev də şəxsiyyət etibarı ilə müstəqil adamdır. Hər hala o Türkiyə ordusunun bura gəlməsinə razılıq verib. Rusiya aktiv şəkildə MDB ölkələrinə təklif edib ki, yenidən SSRİ-2 layihəsini bərpa edək. İlham Əliyev isə ondan imtina edən şəxslərdən biri olub.
Ermənistanda isə heç nə yoxdur. Ona görə də rusların onlarla işləməsi daha asandır, onlar bir-birini daha yaxşı başa düşürlər”.
Ermənistanın yerləşdiyi məkan da həmsöhbətimizə görə, Rusiya üçün daha əhəmiyyətlidir: “Bu amilin də sözügedən prosesdə rolu vardır. Hələ I Pyotr dövründən ermənilərlə əməkdaşlıq etmək Rusiyanın rəsmi siyasətinə daxil olub.  Yəni onlar əsrlərdir ki, bir-birinə dəstək olurlar. Onların strategiyasının dərin kökləri vardır.
Ermənilərlə Rusiyanın əsrlər boyu münasibət və əlaqələri var. Moskva Qafqazda ermənilər üçün dövlət yaradıb, onun inkişafına, təşəkkülünə, özgə torpaqları işğal etməsinə şərait yaradıb və bu gün dı yaratmaqdadır. Bunu Çar Rusiyası, Sovetlər Birliyi də edib, bu günki Rusiya Federasiyası da edir. Bu ədalətli olmasa da fakt və reallıqdır”.
Politoloq düşünür ki, Moskvaya təsir zonaları, forpost, əlaltı ölkələr lazımdır. Forpost statusuna layik olan ölkələrdən biri də Ermənistandır: “Ermənilər də başa düşür ki, öz ambissiyalarının həyata keçməsi yolunda Rusiya, Fransa kimi böyük dövlətlərə ehtiyacları var. Böyük dövlətlərdən istifadə etməsə Ermənistan burada böyük Azərbaycan və Türkiyənin ortasında iki saata buterbrod kimi əzilər. Ona görə də İrəvan daim Rusiya ilə münasibətlərə can atıb və atır. Bu Rusiyaya da lazımdır. Çünki Rusiya öz təhlükəsizliyini Ermənistan kimi forpostları hesabına qoruyur.  Son hadisələr göstərir ki, Moskva üçün Belarus da o qədər etibarlı mütəffiq deyil. Bu mənada da Ermənistan onlar üçün daha münasib ərazidir.  Yəni Rusiyanın təhlükəsizliyi sanitar karidorun ona nə qədər bağlı olmasından daha çox asılıdır. Ermənistan da burada etibarlı müttəfiq kimi çıxış edir. Ona görə də Moskva üçün hərbi, siyasi baxımdan Ermənistan daha çox lazımdır.
Ermənistan  tarix boyu kölə olmağa üstünlük verib. Ona görə də Moskva ölkəmizə, ümumiyyətlə, türkdilli dövlətlərə etibar etmir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz