news Image
2013.08.12
10:43
| A A A
Əli Həsənov İran Qızıl Aypara Cəmiyyətinin sədr müavini ilə görüşüb

Görüşdə Qarabağ müharibəsindən zərər çəkənlərə humanitar yardım göstərilməsi əsas müzakirə mövzusu olub

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov İran Qızıl Aypara Cəmiyyətinin sədrinin müavini Əfşin Əlixani ilə görüşüb.


Mövqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və Qarabağ müharibəsindən zərər çəkənlərə humanitar yardım göstərilməsi əsas müzakirə mövzusu olub.

Ə. Həsənov iki ölkə arasında tarixi, dini və mədəni bağlara toxunaraq Azərbaycan-İran əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib.

Baş nazirin müavini İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda icra etdiyi humanitar layihələr və yardımların təqdirəlayiq olduğunu vurğulayıb.

Ə. Həsənov həmçinin Qarabağ müharibəsi və bu müharibədən əziyyət çəkmiş insanların problemlərinin həlli üçün görülən işlər haqqında da məlumat verib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs