Əlaqə Arxiv
news Image
2013.08.12
13:13
| A A A
İlham Əliyevin prezident seçkisi ilə bağlı imzatoplama kampaniyasına start verilib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib.


YAP-dakı mənbədən Mövqe.az-a bildiriblər ki, partiyanın rayon və şəhər təşkilatlarının iclasları keçirilərək ölkə üzrə namizədin imzatoplama kampaniyasına başlanılıb.


Qeyd edək ki, MSK artıq Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyini təsdiq edib.


Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.


Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.


MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Sizin Reklam Yeriniz