Əlaqə Arxiv
news Image
2013.08.12
13:18
| A A A
Almaniyanın keçmiş kansleri türkləri ölkədən çıxarmağı düşünürmüş

Almaniyanın keçmiş kansleri Helmut Koll ötən əsrin 80-ci illərində Qərbi Almaniyada yaşayan türklərin yarısını Türkiyəyə göndərmək istəyib. Bu barədə məlumatı "Die Welt" nəşri yayıb.


Nüfuzlu kütləvi informasiya vasitəsi xəbərində Böyük Britaniyanın 30 il əvvələ aid rəsmi sənədlərinə istinad edib. Həmin sənədlərdə isə 28 oktyabr 1982-ci il tarixdə H.Kolla Britaniyanın "dəmir ledi" ləqəbli baş naziri Marqaret Teççerin danışığının stenoqram mətni əksini tapıb.


Məlum olub ki, Almaniyanın kansleri britaniyalı həmkarına ölkəsinin çoxlu sayda türkü assimlyasiya etməsinin imkansızlığından danışıb və bildirib ki, yaxın dörd il ərzində onların sayını iki dəfəyədək azaltmağı düşünür. Koll eyni zamanda bunları bildirib: "Almaniyada portuqallarla, italyanlarla, hətta Cənub-Şərqi Asiyadan olanlarla hər hansı problem yoxdur. Çünki onların icmaları cəmiyyətə yaxşı inteqrasiya olunurlar. Türklər isə tamam fərqli mədəniyyətin daşıyıcılarıdırlar".


Qeyd edək ki, H.Kollun M.Teççerlə danışığının stenoqram mətni üzərindən məxfilik qrifi götürülmüş yeganə sənəd deyil. Bu tipli sənədlərin içərisində Britaniya kraliçası II Yelizavetanın Üçüncü Dünya Müharibəsinin başlanması ilə bağlı nitqi də var.


168.az


Sizin Reklam Yeriniz