Əlaqə Arxiv
news Image
2020.09.21
20:35
| A A A
Əsrin müqaviləsinin xüsusi rolu

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının önəmli səhifəsi kimi yazılıb. Bu strategiya ölkəmizin bu günkü inkişafının əsasını qoyub. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Bu məhz o zaman baş verdi ki, həmin dövrdə müstəqilliyini təzəcə qazanmış, Azərbaycan əldə olunmuş müstəqilliyini itirmək təhlükəsində idi. Həmin vaxtlarda Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi, hakimiyyət ugrunda ayrı-ayrı qrupların çəkişməsi, torpaqlarımızın 20 %-nin itirilməsi ilə nəticələndi. Ölkə vətəndaş müharibəsi həddində idi. Separatizm, müxtəlif silahlı birləşmələrin mövcudluğu, xaos və özbaşınalıq ölkənin tamamilə dağılmasına gətirib çıxarmışdı. Məhz belə bir vəziyyətdə, dağılmış ölkəni yenidən qurmaq, onu ayağa qaldırmaq yalnız möcüzə nəticəsində mümkün olardı. Həmin möcüzə isə Heydər Əliyev oldu. Qayıtdı və özünün şah əsəri olan müasir Azərbaycanı qurub-yaratdı. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var.

        1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb: "Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

       Yataqdan  qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir: "Belə ki, platformanı kənardan, yəni Neft daşlarında yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənərək hazırlanıb. Abşeron layihəsində Xəzərdə ilk dəfə boru içində boru texnologiyası tətbiq olunub: "Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirib. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi.

       Bütün bunlar hamısı bir daha onu göstərir ki, Azərbaycan özü bu gün dünyanın inkişaf sürətinə uyğun innovativ inkişaf edir: "Azərbaycan bu gün dünyaya öz brendlərini təqdim etməklə yanaşı, elə müasir inkişaf edən Azərbaycanı da təqdim edir. Bütün bunlar ölkə rəhbərimiz cənab İlham Əliyevin xalqına və Azərbaycana dərin sevgisi və sədaqətindən irəli gələn gecəli-gündüzlü gərgin əməyinin nəticələridir ki, bu da öz növbəsində ölkəmizin gələcəyinin dayanıqlı və stabil inkişaf qarantıdır. Bunu xalqımız bilir və qiymətləndirir. Bu gün təməli qoyulan və dayaqları yerə, dənizə daha möhkəm bərkidilən hər bir layihə və görülən işlər əslində Azərbaycanın bərkidilən dayaqlarıdır.
Rahib Hacıyev 
Nəsimi rayon sakini

Sizin Reklam Yeriniz