Əlaqə Arxiv
news Image
2020.09.21
23:12
| A A A
İşğalçı Ermənistanın uğursuz təxribatları
        Azərbaycanın bir parçası olan Dağlıq Qarabağ  ümumilikdə Qarabağın bir hissəsidir.   Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Tarixdən də bildiyimiz kimi  1828-1830-cu illərdə Türkmənçay müqaviləsindən sonra , ermənilərin köçürmə siyasətinə əsasən Qarabağ  münaqişəsinə zəmin yaradılır. Bu hadisədən sonra baş vermiş hadisələr tariximizdən hərkəsə məlumdur.
      Münaqişənin həli yolunda atılan addımlar:
     Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin  fevral ayında ATƏM çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında böhranın ATƏM-in prinsipləri əsasında  sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı. 12 may 1994  Bişkek Protokolu əsasında qərara alınan atəşkəs qüvvəyə minir və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
     Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir
    Atəşkəsin pozulması:
İki dövlət arasında atəşkəs rejimi olsa da yenə də tam sakitlik bərqərar edilməyib, ermənilər vəziyyəti dəfələrlə gərginləşdirib.
4 mart 2008-ci ildə Dağlıq Qarabağda atəşkəsin elan olunmasından bəri ən kəskin atışmalar baş verir. Ermənistan isə hər zamanki kimi özünü məzlum göstərərək  Azərbaycanı ittiham edir. Hər iki tərəfin itkiləri olur.
12 noyabr 2014 –ci Dağlıq Qarabağ üzərində ermənilərin Mi-24 helikopterinin vurulub.
    25 illik atəşkəs müddətində ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri sayılır. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
İyulun 14-u yenidən atəşkəs rejimi pozulub və ermənilər layiqincə susdurulub. Azərbaycanın şərəfli generallaından biri olan Polad Həşimov iyul döyüşlərində vətəni uğrunda şəhid olub.
           Müasir vəziyyət: Bildiyimiz kimi ermənistanın hal-hazırkı rəhbəri  Nikol Paşinyan Ermənistanın vəziyyətini daha da uçuruma aparır, siyasi cəhətdən dövləti idarə edə bilmir və özünü və idarə edə bilmədiyi dövlətini son zamanlar daha çox gülünc vəziyyətə qoyur. Son zamanlar  verdiyi müsahibələrdə əzbərlədiyi ,uydurma tarixləri haqqında olan suallara əsaslı cavab verə bilmir və acizliyini gözbağına çıxarır. Ermənistan atəşkəsi özlərinin pozmasına baxmayaraq dünya dövlətləri qarşısında özlərini aciz göstərərək Azərbaycani ittiham edir və öz zəfliyini bir daha sübut edir. Rusiyanın köləsinə çevrilmiş dövlətin sonunun nə olacağı bəlli deyil.  
Cənab Prezident İlham Əliyevin də dediyi kimi “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir,  və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.  Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?”
Prezident qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq   məsuliyyətsizlikdir. Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır.  Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir.  Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.
Cənab Prezident son çıxışında bunları qeyd etmişdir “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək.  Bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.
Son olaraq biz inanırıq ki , bu məsələ öz ədalətli həllini tapacaq , Azərbaycanın ərazi bütövlüyünü yenidən bərpa ediləcək və xalq öz doğma torpaqlarına yenidən qovuşacaq.
Aysu Hüseynova  ADU tələbəsi
Sizin Reklam Yeriniz