Əlaqə Arxiv
news Image
2020.09.22
13:46
| A A A
“Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanacaq
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Mövqe.az xəbər verir ki, komitə sədri Tahir Rzayev qanunverici orqanın yaz sessiyasında görülən işlər barədə hesabat verib. 
Hesabat qəbul olunub. 
Daha sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida  təhlükəsizliyi  haqqında” qanun layihəsinin hazırlanması, bir  sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər  edilməsi barədə məsələlər daxil edilib. 
Sizin Reklam Yeriniz