Əlaqə Arxiv
news Image
2020.09.23
08:30
| A A A
Prezidentimiz tərəfindən növbəti cəsarətli addım və sədaqət nümayişi

Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə və onların beynəlxalq arenadakı havadarlarına növbəti sərt xəbərdarlığını ünvanladı.
    Hamımıza məlumdur ki, qloballaşan dünya həm də qlobal böhranlarla üzləşir.Bu mürəkkəb beynəlxalq münaqişələr zəminində dünya ölkələri yeni çağırışlaretməyə məcbur olur.Belə bir şəraitdə hər bir dövlətin ,o cümlədən 30 ilə yaxındır ki, iyirmi faiz torpağı zorla ,qeyri-qanuni mənfur Ermənistan tərəfindən işğal olunan Azərbaycanın qarşısında duran strateji vəzifə milli maraqların müdafiəsini əks etdirən daxili və xarici siyasətin həyata keçirilməsidir.
    Pandemiya səbəbindən dünyanı  bürüyən iqtisadi böhran şəraitində son aylarda Ermənistanın aşkar şəkildə Dağlıq Qarabağda həyata keçirdiyi qeyri –qanuni məskunlaşma tədbirləri ,eləcə də həmsədr ölkə tərəfindən işğalçının silahlandırılması Azərbaycan xalqının haqlı narazılığına,ciddi etirazına səbəb olub.Baş verən hadisələr işğalşı Ermənistanın beynəlxalq konvensiyaların şərtlərini pozduğunu və həmçinin bəzi həmsədr ölkələrin onlara havadarlıq etdiyini göstərir.Bütün dünyanın gözü qarşısında baş verən azğınlığa heç bir beynəlxalq təşkilat,o cümlədən də ATƏT-in Minsk qrupu təzyiq göstərmir. 193 dövləti özündə birləşdirən BMT seyrçi mövqe tutur. Bu da bir daha ikili standartlar prinsipinin davam etdiyini təsdiqləyir.
    Xalqı narahat edən bu məsələlər təbii ki Prezidentin də diqqət mərkəzindədir.
   “Təcavüzkar ironika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir.Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın novbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.Bu sözləri prezident İlham Əliyev 21 sentyabr 2020-ci il tarixdə 182 ölkənin dövlət başçılarının qatıldığı BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında  videoformatda çıxışında bildirib. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca 6-cı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı ,həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın bariz nümunəsidir.Dövlət başçısı həmçinin onu da qeyd edib ki,təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
      Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
     Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2018-ci ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir.2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.
     Prezident onu da vurğulamışdır ki,bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürmüşdür.Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir.
     BMT Təhlükəsizlik şurasının 1993-cü ildə qəbil edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam ,dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.Təəssüflər olsun ki,Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.
      Ermənistanın Baş Naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur.Onun”Qarabağ Ermənistanındır”bəyanatı danışıqlar prosesinə ciddi zərbədir.O,danışıqlar prosesində əsassız şərtlər irəli sürür.Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir.
   Cənab İlham Əliyev bu cəsarətli fikirləri ilə təkcə Ermənistana yox,təcavüzkara havadarlıq edən , bu ölkə ilə dostluq münasibəti quran tərəfdaş dövlətlərə də mesaj ünvanladı.Prezident növbəti dəfə milli maraqlar naminə qətiyyətli mövqeyini ifadə etdi,əzm və iradə göstərdi.
     Bir daha hər birimiz əminliklə deyə bilərik ki,dövlət başçımızın həyata keçirdiyi  uğurlu daxili və xarici siyasət milli maraqlarımızı müdafiə edən ,qoruyan ,inkişaf etdirən qətiyyətli və prinsipial diplomatiyadır.
                                             

 Demokratik İnkişafın Təşviqi İctimai Birliyinin sədri,
                                               

Nəsimi rayon sakini  Çingiz Dadaşov.

 

Sizin Reklam Yeriniz