Əlaqə Arxiv
news Image
2020.09.23
10:57
| A A A
Biz Prezidentimizlə fəxr edirik!

Azərbaycan Respublikası 2016-cı ildən 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ildə bu Hərəkatın dövlət və hökumət başçıları səviyyəsində Bakıda Hərəkatın 18-ci toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. İnsan hüquqlarının pozulması, maliyyə böhranları, ekologiyanın pozulması ilə müşahidə olunması, terrorçuluq, separatizm, ekstremizm milyonlarla insana mənfi təsir etməkdə davam edir.
Yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin güclənməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. Qoşulmama Hərəkatı nə deməkdir. Bu o deməkdir ki, bu birliyə üzv olan dövlətlər heç bir hərbi-siyasi blokların üzvü olmuşlar və onların heç bir təcavüzkar niyyətləri yoxdur.
Burada BMT universal üzvülüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə dayanıqlı inkişafa nail olmaq məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
Qoşulmama Hərəkatı artmaqda olan BMT nizamnaməsini və beynəlxalq hüququ sarsıdan birtərəflilik  və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır. Bu sahədə ciddi islahatların aparılması və gücləndirilməsinə ciddi ehtiyac vardır. 
Bəzən təcavüzkar dövlətlər öz hərbi güclərindən, hərbi bloklarından istifadə edərək BMT-nin nizamnaməsini pozaraq qəbul edilmiş qərarların yerinə yetirilməsinə əngəllər törədir və ciddi maneələr yaradırlar.
Bununla Azərbaycan ərazilərinin işğalçı erməni birləşmələri tərəfindən işğal edilməsi, bu torpaqlarda qanunsuz məskunlaşma siyasətinin aparılması faktları əsasında 4 qətnamənin yerinə yetirilməsinə qarşı çıxışlar. Bütün bunlara rəvac verən qüvvələrin bu gün də olması, Ermənistana havadarlıq etmələri açıq aşkar görünür.
Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır. Çünki hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq  bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd olunur.Qəbul edildiyi gündən Banqunq prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri soyuq müharibə dönəmində istiqamətləndirmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ilin martın 2-də BMT-yə üzv olmuşdur. Müstəqillik ən böyük sərvətdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. 
“Bakı-Ceyhan” , “Bakı-Ərzurum”, “Tanap” layihələri sayəsində Azərbaycan ən sürətlə inkişaf edən Neft və qaz ölkəsi olmuşdur. Eyni zamanda qeyri-neft sənayesi, kənd təsərrüfatını, üzümçülük, pambıqçılıq, heyvandarlıq, əkinçilik sahələri sürətlə inkişaf etmişdir. Kənd və şəhərlərimiz abadlaşmış, yol infrastrukturumuz tamamilə yenilənmişdir. İndi Azərbaycanımız dünyaya “günəş kimi doğur”.
Ümummilli liderimizin hazırladığı bütün strateji proqramlar hər sahədə yeniliklər yaratmaqdadır. Nə qlobal böhranlar, nə də pandemiyanın fəsadları bizə ciddi təsir edə bilmədi. Çünki müstəqil dövlətimiz, bizi gələcəyə aparan qüdrətli rəhbərimiz- İlham Əliyevimiz var.
Yaxın vaxtlarda Ali Baş Komandanımızın əmri ilə işğal altında olan torpaqlarımız düşməndən geri alınacaq, Şuşada və digər bölgələrimizdə zəfər bayrağımız dalğalanacaqdır. Buna biz varlığımız qədər inanırıq.
Bu gün Ermənistan Azərbaycana qarşı ciddi müharibəyə hazırlaşır. Ermənistan rəhbərliyi öz niyyətini açıq şəkildə nümayiş etdirir. Məqsədləri Azərbaycandan yeni torpaqlar qoparmaqdır.Biz isə tələb edirik ki, əgər Ermənistan sülh şəraitində yaşamaq istəyirsə, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan pandemiya dövründə də özünü nümunəvivə sülhsevər dövlət kimi göstərdi. Dövlətimiz dünyanın 30-dan çox dövlətinə maliyyə yardımı etdi. 
Biz dünyanın bütün dövlətləri ilə dostluq və əminamanlıq şəraitində yaşamağa hazırıq. Təəssüf ki, dövlətimizin sürətli inkişafını gözü götürməyənlər də tapılır. Bu cür dövlətlərə biz layiqli cavab vermişik və bundan sonra da verəcəyik. Bunun üçün bizim kifayət qədər iqtisadi və hərbi gücümüz vardı.
Sədaqət Həsənova 
Nəsimi rayon təhsil işçisi

 

Sizin Reklam Yeriniz